top
Orxan Əliyevdən müsahibə: Qırğızıstan, Ozgon və Azərbaycan təklifləri Idman.biz
26 iyul 2025, 14:13
- ↺ +

Orxan Əliyevdən müsahibə: Qırğızıstan, "Ozgon" və Azərbaycan təklifləri

Qırğızıstanın "Ozgon" klubunun hücumçusu Orxan Əliyevin Futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı Qırğızıstanda davam etdirirsiniz. "Ozgon" klubuna keçidiniz necə alındı, qərar verərkən kiminlə məsləhətləşdiniz? Azərbaycanda qalmaq variantınız yox idi?

– Belə bir təklif gəldi. Mən də öz menecerim və dostum Qvanzav Maqomedovla danışdım, məsləhətləşdim və təklifi qəbul etməyə qərar verdim. Azərbaycandan da təklif var idi, amma özüm qalmaq istəmədim. "Ozgon"la müqavilə imzalayandan sonra ölkəmdən yeni təkliflər də gəldi, amma artıq gec idi.

– Yeni klubunuzla müqaviləniz cəmi 6 aylıqdır. Bu nə ilə əlaqədardır? Qırğızıstanda uzun müddət qalmaq istəmirsiniz?

– Çünki Qırğızıstanda mövsüm noyabrda bitir. Müqavilənin 6 aylıq olmasını özüm istədim. Uzunmüddətli sözləşməyə razılıq vermədim.

– Yeni klubunuzda debütünüz uğurlu alındı və "Asiagoal"la çempionat matçında (2:0) qol hesabınızı da açdınız…

– Debüt oyunumda qol vurduğum üçün şadam. Çalışacağam ki, növbəti matçlarda da fərqlənərək komandaya faydalı olum.

– Ötən mövsümün yarısında Kurban Berdıyevin istəyi ilə "Turan Tovuz"a transfer olunmuşdunuz. Tovuz klubundakı karyeranızın qısa çəkməsinin səbəbi nə oldu?

– Futbolda belə şeylər olur. "Turan Tovuz"da az oynadım, bu da mənə pis təsir etdi. Çünki futbolçu oynamayanda formadan düşür. Kurban Berdıyevlə görüşüb danışdım, məsləhətləşdim. O, komandada qalmağımı istədiyini dedi. Amma mən belə bir qərar verdim. Berdıyev sağ olsun, məni başa düşdü.

– İlin sonunadək şəxsi hədəfləriniz nədən ibarətdir? Qarşınıza hansı məqsədi qoymusunuz?

– Daha yaxşı performans göstərmək istəyirəm. Məqsədim var və yavaş-yavaş ona doğru gedirəm.

– Son vaxtlar azərbaycanlı futbolçuların Qırğızıstana axınına şahidlik edirik. Sizdən öncə Mirabdulla Abbasov və İlkin Muradov da bu ölkəyə yollandı. Qırğızıstan variantını üstün tutmaq təklifin maddi baxımdan sərfəli olması ilə əlaqədardır, yoxsa bu, məcburiyyətdən atılmış addımdır?

– Bəli, Mirabdulla və İlkin də hazırda burada oynayırlar. Onlara da uğurlar arzulayıram. Şəxsən öz adıma deyim ki, Qırğızıstandan yaxşı təklif gəldi və bu təklifi qəbul etdim.

– Qırğızıstan çempionatı bizim Premyer Liqadan nə ilə fərqlənir?

– Burada onu bəyəndim ki, komandaların sayı ildən-ilə artır. Bu da Qırğızıstan futbolu üçün çox yaxşı haldır. Keçən il liqada 10 komanda çıxış edirdisə, bu il 14 komanda mübarizə aparır, gələn il isə bu say 16 olacaq. Futbolu sevirlər. Qırğızıstanda hər bir komanda üçün baza və stadion tikilir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:34

PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Voleybol
Dünən, 22:38

Super Liqa kişi voleybolunda yeni mövsümün ilk qalibləri müəyyənləşdi

Basketbol
Dünən, 22:27

“Sabah”ın baş məşqçisi Naxçıvan məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdü

Futbol
Dünən, 22:18

“Arsenal” və “Liverpool” “Qalatasaray”ın 50 milyon funtlu yarımmüdafiəçisinə maraq göstərir

Basketbol
Dünən, 22:04

“Sabah” klubu Orxan Aydınla bir illik müqavilə bağladı

Futbol
Dünən, 22:00

Sadıqov: Hücum xəttini gücləndirərək qələbə məqsədi

Digər
Dünən, 21:56

Azərbaycan Kür həndbol komandası Avropa Kubokunda 38:26 məğlubiyyətlə başladı

Digər
Dünən, 21:54

“Vüqar Həşimov” Avropa Kubokunu darmadağınla bitirdi, “Odlar Yurdu” medal şansını itirdi

Cüdo
Dünən, 21:49

Qaşim Maqomedov Qatar Open turnirində gümüş medal qazandı

Futbol
Dünən, 21:41

“Real Madrid” rəhbərliyi Kiliyan Mbappenin “Qızıl top” mükafatını qazanacağına ümid bəsləyir

Futbol
Dünən, 21:32

Sumqayıt 2:3 məğlubiyyəti ilə məşqçi Filipe Kandidonu məyus etdi

Futbol
Dünən, 21:26

AFFA və BFF təşkilatçılığında “D” lisenziyalı məşqçi kursu uğurla başa çatdı

Futbol
Dünən, 21:26

Kriştianu Ronaldu karyerasında 982-ci qolunu vurdu, "Ən-Nəsr" "Əl-Feysali"ni 3:1 hesabıyla məğlub etdi

Qarabağ FK
Dünən, 21:17

Azərbaycan çempionatlarının yüksək liqasında 15000-ci qol: “Zirə”nin futbolçusu Rikardo Martins tarixi qola imza atdı

Futbol
Dünən, 21:04

Rodri El-Klasikoya Hazırlanır: Mourinyo Rəqabəti Yüksəldəcək

Oxşar xəbərlər