top
Kəpəzin qapıçısı Yusif İmanov: Stabil oyun göstərmək mənim üçün əsasdır Idman.biz
17 dekabr 2025, 12:32
- ↺ +

"Kəpəz"in qapıçısı Yusif İmanov: "Stabil oyun göstərmək mənim üçün əsasdır"

"Hələlik öz çıxışıma çox yüksək qiymət verməzdim. Mənim üçün əsas olan stabil oyun göstərmək və komandaya fayda verməkdir".

Bunu "Kəpəz"in qapıçısı Yusif İmanov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Komanda xallarını 9-a çatdırdı və 10-cu pilləyə yüksəldi. Mövqeyinizi daha da yaxşılaşdıra biləcəksiniz?

– Əlbəttə, buna inanırıq. Hazırda komanda daxilində ab-hava tam fərqlidir. Hər qazanılan xal bizə həm cədvəldə, həm də psixoloji baxımdan əlavə güc verir. Qarşıda hələ çox oyun var və əsas məqsədimiz bu tempdə davam edib mövqeyimizi mərhələli şəkildə daha da yaxşılaşdırmaqdır. Heç kim rahatlaşmır, hamı məsuliyyətini anlayır.

– "Kəpəz"də öz çıxışınızı necə dəyərləndirirsiniz? Sizcə, özünüzü yenidən sübut edib daha yaxşı klublara gedə biləcəksiniz?

– Hələlik öz çıxışıma çox yüksək qiymət verməzdim. Mənim üçün əsas olan stabil oyun göstərmək və komandaya fayda verməkdir. Bunun üzərində çalışıram. Əgər "Kəpəz"də bunu bacarsam, təbii ki, gələcəkdə daha yaxşı imkanlar yarana bilər. Amma hazırda bütün fikrim buradadır, çünki nəticə olmadan fərdi hədəflərdən danışmaq düzgün deyil.

– Son turdakı qalibiyyət komandada özünəinamı qaytarıb və ümid edirsiniz ki, mövsümün ikinci yarısı sizin üçün daha uğurlu olacaq?

– Bəli, o qələbə komanda üçün çox vacib idi. Bəzən bir oyun hər şeyi dəyişir — həm inamı, həm də psixoloji yükü. İndi məşqlərdə də bu hiss olunur. Ümid edirik ki, ikinci yarıda daha sabit, daha inamlı və nəticəyə oynayan "Kəpəz" görəcəyik.

– Ümumiyyətlə, qış fasiləsindən necə yararlanacaqsınız və bu, sizə daha yaxşı nəticələr qazanmağa kömək edəcəkmi?

– Qış fasiləsi bizim üçün çox önəmlidir. Bu dövrü həm fiziki, həm də mental baxımdan düzgün dəyərləndirmək lazımdır. Komanda olaraq çatışmazlıqlar üzərində işləmək, oyun planını daha da təkmilləşdirmək üçün yaxşı fürsətdir. Mən də fərdi olaraq bu fasilədən maksimum faydalanmağa çalışacağam ki, ikinci yarıya daha hazır çıxım.

– Karyeranızda bir müddət çətinliklər oldu və Azərbaycan millisindən də kənarda qaldınız. Yenidən milliyə qayıtmaq istəyərsiniz? Düşünürsünüz ki, bunu bacaracaqsınız?

– Milli komandada oynamaq hər futbolçu üçün böyük şərəfdir və təbii ki, yenidən orada olmaq istəyirəm. Son dövrdə yaşananlar məni ruhdan salmadı, əksinə, daha çox çalışmağa vadar etdi. Düşünürəm ki, davamlı meydana çıxsam, milli komanda məsələsi özü-özünə gündəmə gələcək.

– Növbəti turda Qərb derbisi var. "Turan Tovuz"u da məğlubiyyətə uğratmaq mümkün olacaq?

– Qərb derbisi hər zaman xüsusi oyun olub və olacaq. "Turan Tovuz" güclü, formalaşmış komandadır. Asan olmayacaq, amma biz də meydanda əlimizdən gələni edəcəyik. Düzgün yanaşma, konsentrasiya və komanda oyunu ilə hər rəqibə qarşı mübarizə aparmaq mümkündür. Məqsədimiz yaxşı oyun və nəticədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Oxşar xəbərlər