top
Karvan-Yevlaxın baş məşqçisi məğlubiyyəti şərh edir, əvvəlki məşqçinin fiziki hazırlıqdakı çatışmazlıqlarını qeyd edir Sport24.az
30 yanvar 2026, 17:30
- ↺ +

"Karvan-Yevlax"ın baş məşqçisi məğlubiyyəti şərh edir, əvvəlki məşqçinin fiziki hazırlıqdakı çatışmazlıqlarını qeyd edir

Misli premyer-liqasının 17-ci turunda "Karvan-Yevlax" evdə "Sumqayıt"a uduzdu. Sport24.az meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov 10 dəqiqə gecikmə ilə başlayan mətbuat konfransından hesabatı təqdim edir.


- Çox ciddi hazırlaşmışdıq. Yaxşı komandaya qarşı oynadıq. Futbolçulara son oyundakı səhvləri göstərdik. Rəhbərlik və məşqçilər motivasiya verdi. Çox çalışırlar. Ardıcıl səhvlər etdik. Bu da oyunumuza təsir edir. Psixoloji cəhətdən çətinlik çəkirlər. Hamımız əlimizdən gələni etdik ki, qalib gələk. Rəqibi də təbrik edirəm.



- İki fərqli hissə izlədik. İlk yarıda komandanın zəif oynamasının səbəbi nə idi?


- Hesab 1:0 olandan sonra "beşli" müdafiəyə keçdik. Amma sonra yenə kobud səhvdən qol buraxdıq. Bir var komanda səhvi, bir də var fərdi səhv. Bu gün fərdi səhvlər oyunumuza təsir etdi. Rəhbərlik əlindən gələni edir ki, bu durumdan çıxaq. Məğlubiyyəti həzm edə bilmirəm. Çox çalışıram. Əlimdən gələni edəcəm. Hər şey edəcəm ki, bu durumdan çıxaq. Gecə 3-4-də rəhbərlik yanımdan gedir.



- Elitada qalmaq üçün heyət yetərlidi?


- Cəmi üç transfer edə bildik.

- Araz Abdullayevdən razısız?
- Çox yaxşı hazırlaşırdı qışda. Ayağında ağrı hiss etdi, Bakıda 10-11 gün müalicə aldı. Keyfiyyətli oyunçudu. Bir ötürməsi oyunun taleyini həll edə bilər. Bu gün də bir az yoruldu deyə Samirlə əvəzlədim.



- Siz gələndən sonra komandada inkişaf görürsüz? "Karvan-Yevlax"ın baş məşqçisi kimi yox, mütəxəssis kimi cavab verin.


- Tam səmimi deyim, əvvəlki oyunlarda taktiki çatışmazlıq var idi. Əvvəlki məşqçinin bostanına daş atmıram, amma fiziki durumda çatışmazlıq var idi. Nə lazımdısa, olur. Qalib gələ bilməməyin səbəbini axtarırıq.



- "Kəpəz"in Yevlaxda oynamasını rəhbərliklə müzakirə etdiz?


- Müzakirələr oldu. "Kəpəz"in burda oynaması bizə təsir etmir.



- Konfransa gec gəlməyinizin səbəbi nə idi?


- Futbolçularla iclas etdik. Səhvləri başa saldım.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Oxşar xəbərlər