top
Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı Idman.biz
Bu gün, 11:02
- ↺ +

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

İngiltərə millisinin və "Vest Hem"in sabiq futbolçusu Karlton Koul karyerası ərzində yaşadığı ən qeyri-adi hadisələrdən birini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu İndoneziyada çıxış etdiyi dövrdə derbi oyununa tankla getmək məcburiyyətində qaldığını bildirib.

2017-ci ildə İndoneziyanın "Persib Bandunq" komandasına qoşulan Koul yerli azarkeşlər arasındakı düşmənçiliyin miqyasından təəccüblənib. Xüsusilə "Persib Bandunq"la "Persija Cakarta" arasındakı derbi onun yaddaşında qalıb.

Sabiq futbolçunun sözlərinə görə, azarkeşlərin mümkün hücumlarından qorunmaq üçün komandanın oyun yerinə hərbi texnika ilə aparılması qərara alınıb.

"İnanmaq çətin olsa da, İndoneziyada futbol xuliqanlığı mövcuddur. Qəribədir, sanki onlar "Green Street" filminə baxıb düşünürlər ki, futbol matçına getmək üçün mütləq dava etmək lazımdır. Yerli derbiyə getmək üçün tanka mindim", - deyə Koul bildirib.

Həmin vaxt onunla birlikdə "Persib Bandunq"da çıxış edən digər tanınmış futbolçu Maykl Essyen də bu hadisənin iştirakçısı olub.

"Orada Maykl Essyenlə birlikdə idim. Əgər avtobusla getsəydik, azarkeşlər bizə kərpic atacaqdılar. Özümü sanki müharibəyə gedirmiş kimi hiss edirdim. Onlar futbolu çox sevirlər. Amma komandaya azarkeşlik etməyin necə olmamalı olduğunu da göstərirlər", - deyə keçmiş hücumçu əlavə edib.

Qeyd edək ki, Karlton Koul karyerasının böyük hissəsini İngiltərədə keçirib. O, "Çelsi" və "Vest Hem" komandalarında çıxış edib, həmçinin İngiltərə millisinin formasını geyinib.

Maykl Essyen isə 2019/2020-ci il mövsümündə "Sabail" klubunun formasını geyinib və 14 oyunda meydana çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Oxşar xəbərlər