top
Karim Rossi gələcəyi ilə bağlı danışdı: Azərbaycanda qalmaq mənim üçün məntiqli olar Idman.biz
11 may 2026, 18:30
- +

Karim Rossi gələcəyi ilə bağlı danışdı: "Azərbaycanda qalmaq mənim üçün məntiqli olar"

"Həmişə dediyim kimi, bir neçə klubla, o cümlədən "Şamaxı" ilə də danışıqlarımız davam edir".

Bunu "Şamaxı"nın hücumçusu Karim Rossi "Neftçi"yə səfərdə 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 31-ci tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Bizim üçün çətin oyun oldu. "Neftçi" qələbəyə layiq idi, bu gün daha yaxşı tərəf onlar idi. Həqiqətən çox güclü oyun sərgilədilər, keyfiyyətli futbolçuları var. Biz isə göstərmək istədiyimiz oyunu ortaya qoya bilmədik. Planlarımız erkən qol buraxdığımız üçün pozuldu. "Neftçi"ni təbrik edirəm, qələbəyə layiq idilər.

- Mövsümün sonunda müqaviləniz başa çatır. Gələcəyinizlə bağlı vəziyyət necədir? Ayrılmağı düşünürsünüz, yoxsa danışıqlar davam edir?

- Həmişə dediyim kimi, bir neçə klubla, o cümlədən "Şamaxı" ilə də danışıqlarımız davam edir. Müqaviləm iki həftədən sonra bitir. Bu mövsüm mənə yaratdığı fürsətə görə kluba təşəkkür edirəm. Burada olmaq və komandaya kömək etmək mənim üçün xoş oldu. İndi isə görəcəyik – Azərbaycanda qalacağam, yoxsa xaricə gedəcəyəm. Hazırda heç bir klubla yekun razılığım yoxdur. Mövsümü başa vurmaq və sonra qərar vermək istəyirəm.

- Əgər Azərbaycandan daha yaxşı şərtlərlə təklif gəlsə, yenə burada oynamağı düşünərsiniz?

- Bəli, düşünürəm ki, burada qalmaq istərdim. Özümü yaxşı hiss edirəm, ailəm də burada xoşbəxtdir. Liqanı bəyənirəm və hesab edirəm ki, bu mövsüm pis çıxış etməmişəm. Ona görə də Azərbaycanda qalmaq mənim üçün məntiqli olar. Amma futbolda hər şey mümkündür, çox şey dəyişə bilər. Bu, yalnız məndən asılı deyil, bir çox amillər var. Görəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:47

Toto Volff “Mercedes”in Mövsümün İkinci Yarısında Yeniliklər Planını Açıqlayıb

Futbol
Bu gün, 04:35

Rusiya Premyer Liqasında penaltiyə səbəb olan qeyri-adi səhv

Minifutbol
Bu gün, 03:45

"Marafon" futzol komandası yeni qapıçı ilə güclənib

Futbol
Bu gün, 01:48

Valentin Barko “Çelsi”yə keçdi

Futbol
Bu gün, 01:30

Lionel Messi dünya çempionatından sonra ilk rəsmi oyununa çıxıb

Qolf
Bu gün, 01:23

Donald Tramp öz qolf klubunda iki çempionluq qazandı

Futbol
Bu gün, 01:05

Yan Diomandenin “Real”a keçidi təhlükəyə düşdü

Futbol
Bu gün, 00:44

Argentinada bir dəqiqədə iki qeyri-adi qol

Digər
Bu gün, 00:06

Tofiq Musayev UFC-də parlaq qələbəsindən sonra Azərbaycana qayıdıb

Futbol
Bu gün, 00:05

"Qəbələ" Qətər klubuna qalib gəldi

Futbol
Dünən, 23:49

“Liverpul” Fikayo Tomori ilə maraqlanır

Futbol
Dünən, 23:28

Zidanın debütü ilə maraqlı oyun: Fransa-İtaliya matçı üçün biletlər satılıb

Futbol
Dünən, 23:12

Coi Verman doqquzuncu dəqiqədə qırmızı vərəqə alıb

Qarabağ FK
Dünən, 22:55

Zakaria Savonun zədəsinin ağırlığı məlum olub

Futbol
Dünən, 22:49

Buffon: Qvardiola İtaliya millisinə uğur zəmanət verməzdi

Futbol
Dünən, 22:34

Futbolçu azarkeşlə dalaşmaq üçün tribunaya çıxıb

Futbol
Dünən, 22:25

Mahir Emrelinin qolu komandasına kömək etmədi

Futbol
Dünən, 21:56

Atlanta Yunayted Romelu Lukakunu transfer etməyə çalışır

Futbol
Dünən, 21:37

PSJ iki futbolçu üçün 73 milyon avrodan çox təklif göndərdi

Futbol
Dünən, 21:22

Həsən Nəzərli Azərbaycan Premyer Liqasına qayıdışını planlayır

Güləş
Dünən, 20:57

İbrahim Həsənov U-17 dünya çempionatında gümüş medal qazandı

Qarabağ FK
Dünən, 20:31

Zakaria Savo 8 həftə mübarizəyə qayıda bilməyəcək

Futbol
Dünən, 20:15

Qəbələ "Al-Kharitiyath" klubunu yoxlama oyununda məğlub etdi

Voleybol
Dünən, 19:52

ABŞ-li voleybolçu 134 km/saatlıq superservislə Heyns diqqət çəkib

Oxşar xəbərlər