İsveç gənclər futbol yığmalarının rəhbəri Tomas Tureson bildirib ki, U-15 Dünya Kubokunda iştirak etməmək qərarı ölkənin bu yaş kateqoriyasında milli komandasının olmaması ilə bağlıdır. Sport24.az xəbər verir ki, isveçli funksioner bu barədə Sport24.ru portalına açıqlama verib:
"İsveçdə 15 yaşa qədər (U-15) kateqoriyasında milli komanda yoxdur. Bizim gənclərdən ibarət milli komanda proqramımız 16 yaşdan başlayır. Buna görə də, İsveç turnirdə U-15 komandası ilə iştirak etməyəcək".
Qeyd edək ki, FİFA-nın bayrağı altında keçiriləcək gənclər futbol turniri oktyabrın 22-dən 31-dək Bakı şəhərində baş tutacaq. Yarış FİFA-ya üzv olan bütün assosiasiyalar üçün açıqdır.