top
İsmayıl İbrahimli: İmişli ilə oyunda qol çatışmadı, limitin ölkə futboluna faydası var idi Sport24.az
22 dekabr 2025, 14:00
- ↺ +

İsmayıl İbrahimli: "İmişli" ilə oyunda qol çatışmadı, limitin ölkə futboluna faydası var idi

"Zirə"nin və Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimlinin Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının XVI turunda "İmişli" ilə qolsuz heç-heçə etdiniz. Qələbəyə nə mane oldu?
- Matça yaxşı başlamışdıq. Qarşılaşmada topa nəzarət də sonadək bizdə idi. Məncə, bu görüşdə yalnız qol çatışmadı. Qalibiyyət bizim üçün çox vacib idi. Amma nə etmək olar? Çempionatın ilk yarısı geridə qaldı. Bundan sonra daha çox xallar yığıb yuxarı pillələrdə olmaq istəyirik.

- "İmişli" çempionatın debütantıdır. I dövrədə də bu komanda ilə heç-heçə etmişdiniz...
- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Demək olar ki, 11 nəfərlə müdafiə oluna bilirlər. Onlara qarşı qol şansları yaratmaq çətindir. Amma bu matçda da yaxşı fürsətlərimiz oldu. "İmişli" səfərdə çox klublardan xallar alıb və yaxşı oyun sərgiləyib.

- Misli Premyer Liqasında ilk yarı başa çatır. İstədiyiniz, arzuladığınız pillədəsinizmi?
- Bundan da çox xalımız ola bilərdi. Amma özümüzdən asılı olmayan səbəblər var. Məncə, mövsümün ilk yarısında çoxlu zədəli futbolçularımız oldu. Hazırda da belədir. Bu da bizim oyunumuza öz təsirini göstərir. Bu, bizim problemimizdir. Düşünürəm ki, bundan da çox yığa bilərdik. Amma çempionat qarşıdadır.

- I turdan təxirə salınmış oyunda son çempion "Qarabağ" "Sabah"a uduzmuşdu. Bu, sizdə əlavə motivasiya yaradırdı?
- Biz də ən yuxarı pillədə olmaq istəyirik. Amma həmin matçın bizə aidiyyatı yox idi. Hansı tərəf qalib gəlsəydi, bizə qələbə lazım idi. Təəssüflər olsun ki, biz istəyimizə, qələbəyə nail ola bilmədik.

- "Zirə" artıq neçənci ildir ki, mükafatçılar sırasına düşür. Amma hələlik titulu yoxdur. Ölkə kubokunda və ya çempionatda bu mövsüm bunu əldə etmək olar?
- Əlbəttə olar. Ötən mövsümdə də buna yaxın idik. Amma alınmadı. "Qarabağ"ın olduğu çempionatda iki mövsüm ardıcıl ikinci yeri tutmaq pis nəticə deyil. "Qarabağ" neçə ilin çempionudur. Onlarla rəqabət aparmaq çətindir. Biz də titul əldə etmək istəyirik, bu çox önəmlidir. Ümid edirəm ki, bu mövsüm bizə nəsib olacaq.

- "İmişli" ilə matçda start heyətdə meydanda olan iki azərbaycanlı futbolçudan biri də sən idin. Səncə, limitin ləğvi digər yerli futbolçuların yolunu kəsib?
- Bu məsələ çox gündəmdədir. Azərbaycanlı futbolçular fikir bildirəndə elə başa düşürlər ki, rəqabətdən qaçırıq. Elə bir şey yoxdur. Yerli və əcnəbi oyunçuların hamısı rəqabətdədir. Limit olanda da rəqabət aparırdıq, indi də elədir. Görünən odur ki, hər klubda oynayan azərbaycanlı futbolçular azdır. Mən hansısa fikir bildirsəm, səhv başa düşülə bilər. Hamı rəqabət aparmalıdır. Limitin ləğvinin faydalı və faydasız olduğunu deyə bilmərik. Bunu zaman göstərəcək. Amma reallıq odur ki, azərbaycanlı futbolçular az oynayırlar. Adların da çəkmək olar. Düşünürəm ki, limitin ölkə futboluna faydası var idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Digər
Bu gün, 07:14

“Liverpul” 19 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır

Digər
Bu gün, 06:37

Telyo: “Mbappe böyük futbolçudur, amma ən yaxşısı Lamin Yamaldır”

Futbol
Bu gün, 06:08

Real Madrid baş məşqçisi Mourinyonun oyunçularla münasibətləri yaxşılaşdırma təşəbbüsü

Futbol
Bu gün, 05:11

“Flamengo”da çıxış edən keçmiş “Chelsea” və “Arsenal” futbolçısı dopinq ittihamı ilə üzləşib – uzun müddətli diskvalifikasiya riski

Oxşar xəbərlər