Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda 25 oktyabrda "İmişli" "Şamaxı"nı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da Yevlax şəhər stadionunda başlayacaq. Matçın baş hakimi Rauf Cabarov olacaq.
Turnir cədvəlində "Şamaxı" 13 xalla yeddinci pillədədir, komanda son yeddi oyunda məğlub olmayıb. "İmişli" isə 7 xal toplayıb.
Komandalar çempionatda indiyədək üç dəfə qarşılaşıb. "Şamaxı" bir qələbə qazanıb, iki oyun heç-heçə ilə yekunlaşıb. Bu görüşlərdə cəmi bir qol vurulub: 7 noyabr 2025-ci ildə "Şamaxı" doğma meydanda 1:0 hesabı ilə qalib gəlib. 22 fevral və 8 mart 2026-cı ildə keçirilən son iki matç isə qolsuz heç-heçə ilə bitib. "İmişli" bu rəqibə qarşı hələ qol vura bilməyib.
Qeyd edək ki, "İmişli" ötən turda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib, "Şamaxı" isə "Şəfa"ya 3:2 hesabı ilə qalib gəlib.