top
Futbol millimizə coğrafiya dərsi: “Cırtdanlar” diyarında İdman.biz
22 noyabr 2024, 10:26
- ↺ +

Futbol millimizə coğrafiya dərsi: “Cırtdanlar” diyarında

Azərbaycan futbol millisi növbəti mövsüm UEFA Millətlər Liqasında D divizionunda oynayacaq. İndi bizi "Cırtdan" ölkələrin komandaları gözləyir. Milli bunu tək nəticələri ilə deyil, oyunu ilə də haqq etdi. Əslində buna layiq tək yığma komandamız deyil, bütövlükdə ölkəmizdə futbolun durumudur, deyə bilərik.

İdman.biz Azərbaycanı yaxın dövrdə ona bab olacaq, ancaq müqayisəyəgəlməz dərəcədə fərqli olan ölkələrlə müqayisə edib.

D liqasında qarşımıza kimlər çıxacaq? Hələlik rəqibimiz ola biləcək 5 komandadan 3-ü məlumdur. Bunlar ən aşağı divizionun qrup sonuncuları Lixtenşteyn və Andorra, eləcə də Azərbaycanla birgə ən zəif qrup sonuncusu kimi C liqasından təşrif buyurmuş Litvadır. Digər 2 komanda isə "aşağılar"ın ikinciləri Cəbəllütariq və Malta, eləcə də, millimizin İsveçlə oyunun ilk dəqiqələrinədək yerlərində olmağı xəyal qurduğu Latviya və Lüksemburq arasından seçiləcək. Pley-offun nəticələrinə əsasən, bu 4 yığmadan ikisi aşağıdakılara qatılaraq D "altılığ"ının tərkibinə daxil olacaq və bizdən savayı oradakı 5 komandanın 2-si qrup rəqibimiz sayılacaq.

Göründüyü kimi, adları çəkilən komandalar "cırtdan" ölkələrdir. Latviya və Litva digərlərindən xeyli böyük olsalar da, keçmiş SSRİ miqyasının "cırtdanlar"ı sırasındadırlar. Onların ərazisi 86,6 min km² əraziyə malik Azərbaycanın 75 faizi qədərdir. Əhali isə 10,2 milyon əhaliyə malik Azərbaycanla müqayisədə Litvada 3, Latviyada 5 dəfədən çox azdır. Bunları qoyaq bir kənara, bizdən bu cəhətlərdə xeyli geri qalsalar da, yenə də müqayisə ediləcək ölçüdədirlər.

Bəs Andorra, Lixtenşteyn, Cəbəllütariq, Malta, Lüksemburq? Bunlar ki, həm ərazisinə, həm də əhalisinə görə hətta Azərbaycanın rayonları deyil, bəzi kəndləri ilə belə müqayisə edilə biləcək ölkələrdirlər. Hətta C liqasına yüksəlmiş San Marino, orada yerini qorumuş Farer adaları da indi bizə yuxarıdan aşağı baxacaq. Həsədini apardığımız bu son iki ölkədən Farerlər (1.390 km²) Azərbaycandan 62 dəfə, San Marino (61 km²) isə 1400 dəfə kiçikdir. Əhali də birində (54500) 187, digərində (33600) 303 dəfə azdır. Bütün əhali bir stadionun tribunalarını belə doldura bilməz. Bunlarla böyük kəndlərimiz rəqabət aparardı gərək.

Deyə bilərsiz ki, coğrafi mövqeyi bəlli olan bu ölkələrin futbolçuları qonşu ölkələrdə yetişir. Bəs Avropa çempionatına çıxıb orada möhtəşəm oyun göstərən, Millətlər Liqasının B divizionundan ən güclülərin sırasına qoşulmağın bir addımlığından son turda dönən Gürcüstan ki bizim kimi nə İtaliyaya qonşudur, nə İspaniyaya, nə Fransaya.

İndi baxaq, Farerlərə, San Marinoya aşağıdan yuxarı. Elə yanımızda olacaq və olma ehtimalları hələ qalan "cırtdanlar" da bizimlə müqayisə edilən deyil. Cəbəllütariq (6,5 km²), Malta (316 km²), Andorra (467 km²), Lixtenşteyn (160 km²) və Lüksemburqdan (2580 km²) yalnız sonuncusu ölkəmizdən cəmi 33 dəfə kiçikdir. Digərləri ilə fərq 100 dəfələrlə ölçülür. Cəbəllütariqdən isə 13 min dəfə böyük ölkəyik.

Əhali də yalnız Lüksemburq (672 min) və Maltada (553 min) yarım milyonu aşır. Andorra (81.500), Lixtenşteyn (38.900) və Cəbəllütariqlə (29.500) isə fərq 125-dən 345 dəfəyədəkdir.

Nə isə. 30 min əhali arasında yığma səviyyəli futbolçular yetişdirmək olur, 10 milyon arasında isə yox? Hər şey istəkdən və işə, həm də tək işə yox, ölkəyə, vətənə vicdanla və sevgi ilə yanaşmadan asılıdır. Hazırkı vəziyyət belə davam edərsə, "cırtdanlar" da bizi saya almaya bilər.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər