"Mançester Yunayted"in sabiq futbolçusu Luis Sahanın sərvəti 5,17 milyard avrodur. Sport24.az xəbər verir ki, bu barədə "Sport Bible" portalı məlumat yayıb.
Saha futbolçu vaxtlarından iş qurub və onun "AxisStars" adlı şirkətinin indiki dəyəri 4,21 milyard avrodur.
Şirkətin işi futbolçularla peşəkar əlaqələrin qurulmasında xidmətlərin göstərilməsidir.
Saha "Mançester Yunayted" formasıyla 124 oyunda 42 qol vurub, 16 məhsuldar ötürmə edib.