"Ankaragücü"nün formasını geyinən Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov zədəsini tam sağaltmayıb.
İdman.biz xəbər verir ki, bunu Türkiyə klubunun baş məşqçisi Kenan Koçak açıqlayıb.
Mütəxəssis Renat Dadaşovun onlarla birlikdə Antalyaya təlim-məşq toplanışına yollanmasına baxmayaraq, zamana ehtiyacının olduğunu bildirib: "Müalicəsi davam edir. Onu da ən yaxın zamanda meydanda görəcəyik".
Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.
Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.
İdman.biz