top
İlham Yadullayev kimlərə xidmət edir? - U-17 MİLLİMİZDƏ QALMAQAL İdman.biz
22 noyabr 2024, 15:49
- ↺ +

İlham Yadullayev kimlərə xidmət edir? - U-17 MİLLİMİZDƏ QALMAQAL

Futbol üzrə Azərbaycan millilərinin durumu hər ötən gün daha da acınacaqlı hal alır. Əsas yığmadan onsuz da əlimizi üzmüşük. Elə bir aşağı yaş qrupumuz da yoxdur ki, deyək burda müəyyən uğurlarımız var, gücü ora verək.

Uğur bir kənara, gələcəyə az da olsa ümid verən komanda da yoxdur. Sanki yığmaların var olma səbəbi federasiya hesabına uşaqları gəzintiyə çıxarmaqdır. Nə qədər ki, yeyib-içməyə hesablanan heyət seçimi olacaq, millilərdən uğur gözləməyə dəyməz.

U-17-də isə daha qəribə hadisələr baş verir. Eşitdiklərim və gördüklərim əsasında deyə bilərəm ki, yaşanan hadisələr futbolumuzun belini bükən şeylərdir. Ümumi baxsaq, bəlkə də həmin komanda yığmalarımızın içərisində ən çox ümid verənidir. Çünki heyətdə İspaniya, Almaniya, Serbiya kimi ölkələrdə legioner həyatı yaşayan futbolçular var.

Di gəl ki, heç bir uğurlu nəticə yoxdur. İlham Yadullayevin yetirmələri Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu ünvanını da heç kəsə buraxmadı. 3 oyunda qazanılan 1 xal bizi "zirzəmi"dən ayrı salmadı.

Macarıstan 4, Yunanıstan 3 cavabsız qolla yığmamızı məğlub etdi. Yalnız Rumıniya ilə matçda 1:1 hesablı bərabərliyə nail olmağı bacardıq.

Seçmə mərhələdən sonra İlham Yadullayev AFFA-nın mətbuat xidmətinə açıqlama verdi. Mütəxəssis bildirdi ki, futbolçular rəqiblərindən heç də geri qalmadı. Maraqlıdır ki, geri qalması üçün daha nə baş verməli idi? Bir daha nəzərinizə çatdırıram, komanda iki oyunda 7 top buraxıb və qol vurmayıb. Amma çalışdırıcının fikrinə görə, rəqiblərlə başabaş mübarizə aparmışıq. Hətta o, bildirdi ki, uşaqların turnirdəki çıxışından razı qaldılar. 3 oyuna 1 xal, 1 vurulan qol və qrup sonunculuğu... Bundan razı qaldığımız müddətcə hansı uğurdan söhbət gedə bilər?!

Elə məhz həmin təlim-məşq toplanışında bəzi qalmaqallar da baş verdi. Heyətlə bağlı müəyyən söz-söhbətlər qulağımıza qədər çatdı.

Millinin son toplanış üçün heyətində İslam Həsənov adlı futbolçu yer alıb. Həmin oyunçu müqavilə ilə Serbiyanın "Srvena Zvezda" klubuna məxsusdur. İlk baxışdan onun yığmaya çağırılması çox normal bir hal kimi görünür. Amma məsələ başqadır...

İslam viza problemləri yaşadığı üçün Serbiyaya yollana bilmir. Hətta o, 2 aya yaxındır ki, bu səbəbdən komandasından uzaq düşüb. Məntiqlə Həsənov hazırda Bakıda məşqlər keçməlidir.

Lakin onu da etmir və ya edə bilmir. Fərdi məşqlərdən söhbət getmir. Nəzərdə tutulan komanda ilə kollektiv çalışmalardır. Amma İslam heç bir klubun məşqlərinə qatılmır.

Bununla belə, o, millinin heyətinə çağırılır və heyətdə yer alır. Əvəzində isə öz komandasında daimi forma şansı qazanan futbolçular yığmaya dəvət olunmur. Məsələ Azərbaycan və ya gürcü mətbəxindən yeyib-içməkdir?

Bir çox valideynin etirazına səbəb olan bu addım birmənalı qarşılanmır. Hələ üstəlik heyətdə yer alan əsas futbolçuların da bir qismi matçlara sonradan daxil olur.

Həmin heyət futbolçularının valideynləri ilə söhbət etmək fürsətim də oldu. Ümumi fikirləri isə belədir: millinin inkişafı üçün əldə hər şey var, azdan-çoxdan infrastruktur, maliyyə şərtləri... Tək problem məşqçi məsələsidir. Ölkədə futbol mütəxəssisləri yox dərəcəsindədir və hazırkı texniki heyətlə heç bir uğurdan söhbət gedə bilməz.

Həmin tənqidləri qəbul edib, səhvləri anlayıb, inkişafa addım atmaq lazımdır. Bu ölkədə futbol olacaqsa, hamımız əlimizi daşın altına qoymalıyıq. "Onsuz da bu ölkədə futbol olan deyil, ən azından mən postumda qalım" ideyası ilə yanaşsaq, hələ çox illər itirəcəyik. O, üzdən də bacarmırsızsa, istefa verib gedin, bəylər. İstefanın özü də böyük bir xidmətdir. Yoxsa elə gələnə də, gedənə də uduzacağıq.

Daha nə qədər "day-day" hesabına imkanlı uşaqlar milliyə çağırılacaq? İmkansız ailədən çıxan o qədər istedadlı futbolçu var. Onların yığmaya dəvət alması üçün qonaqlıq lazımdır? Əgər elədirsə, biz jurnalistlər yığışıb hər həftə aşağı yaş qruplarımızdakı məşqçilərə qonaqlıq verək. Təki gözləri doysun, istedadlı uşaqlara şans versinlər...

Mənbə: Apasport.az

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər