"Qalatasaray"ın futbolçusu Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Lill" qolkiperin xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Liqa 1 təmsilçisinin türkiyəli qapıçı ilə danışıqlara başladığı bildirilib.
22 yaşlı qolkiper "Qalatasaray"ın yetirməsidir. O, bu mövsüm 1 oyunda 2 qol buraxıb.
"Əlcək sahibi" Türkiyənin U-21 yığmasının da üzvüdür.