top
Frank de Bleker: Elçin Məsiyevin UEFA Superkubokuna təyinatı Azərbaycan hakimliyinin inkişafı üçün əla xəbərdir Idman.biz
31 iyul 2025, 17:14
- +

Frank de Bleker: Elçin Məsiyevin UEFA Superkubokuna təyinatı Azərbaycan hakimliyinin inkişafı üçün əla xəbərdir

Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması Azərbaycan hakimliyinin inkişafı baxımından, əlbəttə ki, çox yaxşı xəbərdir.

İdman.biz xəbər verir ki, bunu "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker deyib.

O, FIFA referisi Elçin Məsiyevin UEFA tərəfindən təyinatını yüksək qiymətləndirib: "Bu, həm də onu göstərir ki, hakimlərimizlə düzgün istiqamətdə işləyirik.

Unutmayaq ki, daha əvvəl UEFA U-17 və U-21-lər arasında Avropa çempionatının final mərhələsində iki baş hakim və iki köməkçi hakimlə təmsil olunmuşuq – Kamal Umudlu və Elçin Məsiyev bu oyunlarda iştirak ediblər. Avqustun 13-də Udinedə PSJ və "Tottenhem" klubları arasında keçiriləcək UEFA Superkuboku matçına təyinat bir daha sübut edir ki, daxili yarışlarımızda UEFA-nın təlimatlarına uyğun işləməyimiz yeganə düzgün yoldur. Biz UEFA ilə uyğun və sabit şəkildə işləyə bilirik".

Belçikalı funksioner bu təyinatın Azərbaycan hakimliyinin inkişafına təkan verəcəyini vurğulayıb: "AFFA-nın Avropa futbolunun ən yüksək səviyyəsində təmsil olunması böyük şərəfdir. Bu təyinat Azərbaycan hakimliyinə müsbət təsir göstərəcək və ümid edirəm ki, yeni gənc oğlan və qızlar hakimlik karyerasına başlamaq istəyəcəklər. Çünki biz bütün səviyyələrdə daha çox hakimə ehtiyac duyuruq.

Əliyar Ağayev və Elçin Məsiyev komandaları ilə birlikdə gələn həftə keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununa təyinat alıblar. Onlar UEFA-nın birinci kateqoriyasına daxil olan 2 hakimimizdir ki, bu da böyük uğurdur.
Bütün bu hadisələr müsbət siqnallardır və hər kəsə yüksək səviyyədə çıxış etmək üçün əlavə enerji verir. Hazırda Premyer Liqanın startına hazırlaşırıq və mən hakimlərimizi mövsümün başlanğıcına ən yaxşı şəkildə hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Bunun üçün 4 günlük yay kursu təşkil etdik ki, hakimlərimizi peşəkar şəkildə mövsümə hazırlayaq. Yaxşı çıxış üçün yaxşı hazırlıq vacibdir. Yeni mövsümün açılışına hazır olacağıq".

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 23:11

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında Avstriya çempionunu darmadağın etdi

Futbol
Bu gün, 22:48

Bundesliqada II tur: "Bavariya"dan "Auqsburq" üzərində qələbə - VİDEO/YENİLƏNİB

Futbol
Bu gün, 22:45

"Atalanta" "Parma" ilə heç-heçə etdi, "Bolonya" isə "Komo"nu məğlub etdi

Futbol
Bu gün, 22:34

"Çelsi"dən asan, "Mançester Yunayted"dən gərgin qələbə: İngiltərə Premyer Liqasının 3-cü turunun nəticələri

Futbol
Bu gün, 22:26

"Qəbələ" səfərdə "Araz-Naxçıvan"a uduzub

Futbol
Bu gün, 22:26

Misli Premyer Liqası: "Zirə" "Kəpəz"i darmadağın etdi, "Araz-Naxçıvan" "Qəbələ" üzərində qələbə qazandı - VİDEO/YENİLƏNİB

Futbol
Bu gün, 22:00

Qapıçılar üzrə məşqçilər üçün UEFA A kateqoriyalı kursunun II mərhələsinə start verilib

Formula 1
Bu gün, 21:54

Bakıda Formula 1 ilə əlaqədar bəzi mərkəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Futbol
Bu gün, 21:47

"Araz-Naxçıvan" "Qəbələ"ni məğlub etdi

Futbol
Bu gün, 21:40

"Zirə" "Kəpəz"i əzdi, "Araz-Naxçıvan" "Qəbələ"yə qalib gəldi - CANLI/YENİLƏNİR

Digər
Bu gün, 21:35

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turnirinə start verildi: Açılış mərasimi və iştirakçılar

Futbol
Bu gün, 21:24

Bakıda qapıçılar üzrə məşqçilər üçün UEFA A kateqoriyalı kurs keçirilir

Boks
Bu gün, 21:21

Naxçıvanda "Levent Bulut Fight Night-Nakhchivan" Kikboks Turniri Keçiriləcək

Futbol
Bu gün, 21:19

"Zirə" "Kəpəz"i darmadağın etdi, "Araz-Naxçıvan" "Qəbələ"ni məğlub etdi: Misli Premyer Liqasında III tur başladı

Futbol
Bu gün, 21:13

Rəşad Sadıqov "Kəpəz"in gələcək potensialı və "Zirə"nin qələbəsi haqqında danışıb

Futbol
Bu gün, 21:04

"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 20:58

Rəşad Sadıqov "Kəpəz"lə oyundan sonra: "Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər"

Futbol
Bu gün, 20:55

Rasmus Hoylun "Napoli"yə keçir

Olimpiada
Bu gün, 20:50

Kamandan Oxatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi və mükafatlandırıldı

Futbol
Bu gün, 20:42

"Zirə" "Kəpəz"i böyük hesabla məğlub etdi, "Araz-Naxçıvan" "Qəbələ"yə uduzdu

Futbol
Bu gün, 20:41

"Qəbələ" "Araz-Naxçıvan" üzərində qələbə qazandı

Futbol
Bu gün, 20:33

Adil Şükürov "Zirə"yə məğlubiyyətdən sonra: "İlk növbədə özüm toparlanmalıyam"

Futbol
Bu gün, 20:32

Adil Şükürov "Zirə" məğlubiyyətindən sonra: "Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir"

Futbol
Bu gün, 20:30

"Araz-Naxçıvan" - "Qəbələ" Matçı Mərdəkanda Baş Tutdu

Oxşar xəbərlər