top
Adil Şükürov Zirəyə məğlubiyyətdən sonra: İlk növbədə özüm toparlanmalıyam Idman.biz
30 avqust 2025, 20:33
- ↺ +

Adil Şükürov "Zirə"yə məğlubiyyətdən sonra: "İlk növbədə özüm toparlanmalıyam"

"Çox danışılası bir şey yoxdur. Qapımızda gördüyümüz 3 kuryoz qol komandanı dayandırdı. Bundan sonra imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyət üzücüdür, yaxşı hal deyil. Qarşıda milli fasilə gəlir. Komandanı toparlamağa çalışacağıq. Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir. Bu, bizi üzür. Vəziyyəti düzəltməyə çalışacağıq".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının III turunda səfərdə "Zirə"yə 0:5 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

- Rəhbərlik sizə verdiyi sözlərə əməl edib?

- Futbolçuların məşqlərdə etdiklərinin qarşılığını oyunlarda görə bilmirik. Nəsə böyük problemimizin olduğunu deyə bilmərəm. Oyuna çıxanda tam fərqli futbolçular görürük. Rəhbərlik komandaya yeni oyunçular cəlb etməyə çalışır. İki yeni futbolçu transfer etdik. İnanıram ki, onların bizə faydası olacaq.

- Bu məğlubiyyət istefanıza səbəb ola bilər?

- Adil Şükürov bu məğlubiyyətlərlə daha da güclü olmalıdır. İlk növbədə özüm toparlanmalıyam, sonra isə komandanı toparlamalıyam. İnandığımız üçün bu gün buradayıq.

- Ryonosuke Ohori komandaya nə vaxt qoşulub?

- Dünəndən bizimlədir. Gələcəkdə "10 nömrə" mövqeyində onu görmək istəyirik. Həmin mövqedə komandamıza fayda verəcək.

- "Neftçi"yə lazım olmayan Ryonosuke Ohorini icarəyə götürdüz. Bu transfer sizin istəyinizlə olub?

- Bu futbolçuya əvvəldən marağımız var idi. İyun ayından onunla danışırdıq. "Neftçi" onu başından etmək istəsəydi təlim-məşq toplanışına aparmazdı.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Oxşar xəbərlər