top
Rəşad Sadıqov Kəpəzin gələcək potensialı və Zirənin qələbəsi haqqında danışıb Idman.biz
30 avqust 2025, 21:13
- ↺ +

Rəşad Sadıqov "Kəpəz"in gələcək potensialı və "Zirə"nin qələbəsi haqqında danışıb

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Milli fasilədən öncə qalib gəlmək vacib idi. Biz "Kəpəz"dən daha hazırlıqlı idik. Çünki iyun ayının ortalarında yeni mövsümün hazırlığına başlamışıq".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının III turunda "Kəpəz" üzərində qazanılan 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

- Bizim futbolçuların rəqibdən daha hazırlıqlı olması normaldır. Bu, oyunun gedişatına təsir edirdi. Bilirik ki, rəqibdə seleksiya gec oldu. Hətta son günlərdə iki yaxşı oyunçu transfer ediblər. Düşünürəm ki, "Kəpəz" 3-4 turdan sonra çox təhlükəli komandaya çevriləcək və çempionata rəng qatacaq. Futbolçularım ilk dəqiqədən meydanda məsuliyyət göstərdilər. Nəticə və oyun iki komanda arasındakı fərqin göstəricisi deyil. "Kəpəz"ə növbəti turlarda uğurlar arzulayıram.

- Brahim Konate dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Təlim-məşq toplanışında bunu sınamışdız?

- Konate "Şamaxı"da da dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Amma orada sistem bir az fərqli idi, hücumlarda çox fəal iştirak edirdi. Konatenin universal futbolçu olduğunu bilirik. Təlim-məşq toplanışı zamanı onu daha çox pleymeyker kimi hazırlayırdıq. İsmayıl İbrahimlinin mikro-zədəsi var idi. Həm də milli komandanın toplanışına qoşulacaq. Buna görə də onu qoruduq. Həm də fürsətdən istifadə edib Konateyə şans verdik ki, o da formasını bərpa etsin. Dayaq yarımmüdafiəçisi mövqeyində özünü yaxşı göstərdi.

- Yeqor Boqomolski və Leroy Mikelsin performansını necə dəyərləndirirsiniz?

- Futbolçuların debüt etməsi bizim üçün xoşdur. Uğurlu olanda ikiqat xoş olur. Leroy oyuna inamlı qoşuldu. İki ay futbol oynamayıb. Uzun fasilədən sonra çox oynaması da risklidir. Boqomolski də oyuna çox yaxşı qoşuldu. Hə ikisi hücumdakı oyunumuzu sürətləndirdilər. İstəyirik ki, hücum xəttində rəqabəti artıraq. Bu, vacibdir. Bütün futbolçular tonusda olmalıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Oxşar xəbərlər