top
Adil Şükürov Zirə məğlubiyyətindən sonra: Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir Sport24.az
30 avqust 2025, 20:32
- ↺ +

Adil Şükürov "Zirə" məğlubiyyətindən sonra: "Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir"

"Kəpəz" Misli Premyer Liqasının 3-cü turunda səfərdə "Zirə"yə 0:5 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuaat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox danışılası bir şey yoxdur. Qapımızda gördüyümüz 3 kuryoz qol komandanı dayandırdı. Bundan sonra imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyət üzücüdür, yaxşı hal deyil. Qarşıda milli fasilə gəlir. Komandanı toparlamağa çalışacağıq. Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir. Bu, bizi üzür. Vəziyyəti düzəltməyə çalışacağıq.

 

- Rəhbərlik sizə verdiyi sözlərə əməl edib?

- Futbolçuların məşqlərdə etdiklərinin qarşılığını oyunlarda görə bilmirik. Nəsə böyük problemimizin olduğunu deyə bilmərəm. Oyuna çıxanda tam fərqli futbolçular görürük. Rəhbərlik komandaya yeni oyunçular cəlb etməyə çalışır. İki yeni futbolçu transfer etdik. İnanıram ki, onların bizə faydası olacaq.

 

- Bu məğlubiyyət istefanıza səbəb ola bilər?

- Adil Şükürov bu məğlubiyyətlərlə daha da güclü olmalıdır. İlk növbədə özüm toparlanmalıyam, sonra isə komandanı toparlamalıyam. İnandığımız üçün bu gün buradayıq.

 

- Ryonosuke Ohori komandaya nə vaxt qoşulub?

- Dünəndən bizimlədir. Gələcəkdə "10 nömrə" mövqeyində onu görmək istəyirik. Həmin mövqedə komandamıza fayda verəcək.

 

- "Neftçi"yə lazım olmayan Ryonosuke Ohorini icarəyə götürdüz. Bu transfer sizin istəyinizlə olub?

- Bu futbolçuya əvvəldən marağımız var idi. İyun ayından onunla danışırdıq. "Neftçi" onu başından etmək istəsəydi təlim-məşq toplanışına aparmazdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər