top
Filip İvanoviç: Sabahın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir Idman.biz
Bu gün, 21:05
- ↺ +

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

"Sabah"ın sabiq kapitanı, hazırda Özbəkistanın "Soqdiana" klubunda çıxış edən Filip İvanoviç Bakı təmsilçisinin Çempionlar Liqasındakı çıxışı barədə danışıb.

İdman.Biz xəbər verir ki, serbiyalı müdafiəçi Sportal.az-a müsahibəsində "Sabah"ın Dortmund "Borussiya"sına qarşı keçirdiyi oyunu, komandanın inkişafını və gələcək planlarını şərh edib.

- "Sabah" Çempionlar Liqasının üçüncü turunda "Borussiya" ilə matçda heç-heçə edə bilərdi. Amma sonda 1:2 hesabı ilə məğlub oldu. "Sabah"ın performansını necə dəyərləndirirsən?

- Real yanaşsaq, "Borussiya" böyük klubdur və mənə elə gəlir ki, dünən onlar qələbə qazanmaq üçün tam lazım olan qədər güc sərf etdilər. Lakin bu, "Sabah" oyunçularının fədakarlığını və rəqabət aparmaq istəyini azaltmır. Bu, böyük təcrübədir. "Sabah"ın güclü rəqiblə bərabər səviyyədə mübarizə apardığı növbəti oyun oldu.

- "Sabah"ın "Borussiya"dan xal alacağına inanırdın?

- "Borussiya"dan xal almaq qələbəyə bərabər olardı. Hər halda, söhbət yüksək fərdi keyfiyyətlərə malik, hər il avrokuboklarda iştirak edən bir klubdan gedir və belə bir oyunda xal qazanmağa ümid etmək çox çətindir. Hər şeyə baxmayaraq, "Sabah" sonadək oyunun içində qaldı, mübarizə apardı.

- "Sabah"ın qısa müddətdə bu cür oynamasının sirri nədir? Valdas Dambrauskasın işini necə qiymətləndirirsən?

- Bəlkə də uğur və nəticə indi göz qabağındadır, lakin bu səviyyəyə çatmaq üçün klubdakı insanların illər ərzində nələrdən keçdiyini yalnız özləri bilir. Elə bir məqam yetişdi ki, klub rəhbərliyi öz sisteminə uyğun komanda və oyunçu profillərini seçən yüksək səviyyəli bir məşqçini dəvət etdi. "Sabah"ın uğurları təsadüfi deyil, zamanla əldə olunub.

- Yəqin ki, "Sabah"ın sabiq kapitanı kimi indiki komandada yer almaq istəyərdin?

- Keçmiş kapitan kimi, komandanın bu səviyyəyə çatmasına görə çox şadam. Mən "Sabah"ı həmişə öz evim və ailəm hesab etmişəm. Hazırkı məqamda bu, real deyil, çünki indiki klubumla müqaviləmi daha 2 il müddətinə uzatmışam. Amma etiraf edim ki, karyeramı "Sabah"da başa vurmaq istəyirəm.

- Səncə, "Sabah" yenə də hansısa rəqibi məğlub edə biləcək? Növbəti rəqib Norveçdə "Vikinq"ə qarşıdır...

- "Vikinq" də yaxşı komandadır. Norveç klubu evdə də uğurlu çıxış edir. Amma "Sabah"ın gücünü görürük, həqiqətən yaxşı futbol oynayan komandadır. Ümidvaram ki, "Vikinq" səfərində uğurlu nəticə olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Oxşar xəbərlər