top
FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi Idman.biz
Bu gün, 03:10
- ↺ +

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi vaxt barədə paylaşım edib.

İdman.Biz xəbər verir ki, FIFA rəhbəri instaqram hesabında dövlət başçısı ilə Azərbaycan millisinin açılış oyununu izləməkdən məmnunluğunu ifadə edib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə ilk FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycanın açılış oyununu izləmək üçün gözəl fürsətim oldu. Bu əlamətdar qarşılaşmanı seyr edərkən futbola olan ortaq sevgimizdən, həmçinin bu oyunun insanlara ümid vermək, üzlərdə təbəssüm yaratmaq, körpülər qurmaq və ömürlük dostluqlar formalaşdırmaq kimi sehrli gücündən danışdıq", - deyə İnfantino yazıb.

FIFA prezidenti yarışın Bakıda təşkilində Azərbaycan rəhbərliyinin rolunu xüsusi vurğulayıb:

"Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi hökumətin dəstəyi bu yarışın Bakıda keçirilməsində həlledici rol oynayıb. FIFA-ya üzv 189 assosiasiyadan olan gənc istedadlara arzularını dünya səhnəsində gerçəkləşdirmək imkanı yaratmaq üçün birlikdə çalışdığımızdan qürur duyuruq".

İnfantino digər paylaşımında da turnirin açılış mərasimini yüksək qiymətləndirərək Prezident İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, Azərbaycan hökumətinə, AFFA prezidenti Rövşən Nəcəfə, FIFA-dakı həmkarlarına və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

"Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısından FIFA-ya üzv 189 assosiasiyanı təmsil edən gəncləri bir araya gətiririk", - deyə FIFA rəhbəri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino iştirak ediblər.

Açılış mərasimindən sonra Azərbaycan millisi Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Dünən, 21:21

Prezident İlham Əliyev U-15 Milli Yığmasını təbrik etdi, Famil Xəlilov motivasiyanı artırır

Oxşar xəbərlər