"Bildiyiniz kimi son oyunda Litva millisinə qarşı çox uğursuz çıxış etdik .Təbii ki, qarşıda bizi Belarusla millisi ilə vacib oyun gözləyir. Litva yığmasına qarşı oyunu izləmişik və səhvlərimizin üzərində işləmişik".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Fidan Cəfərova deyib.
Yığmamızın üzvü iyunun 28-də və iyulun 1-də Belarus millisi ilə keçiriləcək yoldaşlıq görüşləri ilə bağlı fikirlərini bölüşüb: "Son oyunda qeydə alınan məğlubiyyətdən nəticə çıxardaraq çalışacağıq Belarusla yoldaşlıq oyununda müsbət nəticə qazanaq. Çünki qarşıdakı matçda qələbə qazansaq son uğursuzluğu azda olsa, yaddan çıxarda bilərik. Komandada abu-hava aşağıdır. Amma biz bilirik qarşıda bizi daha vacib oyunlar gözləyir və buna görə yoldaşlıq görüşlərində qələbə qazanaraq əhval-ruhiyyəni yüksəltmək istəyirik. Belarus komandası heç də zəif kollektiv deyil. Heç bir rəqibə zəif gözündə yanaşmaq olmaz. Matça tam ciddi köklənmək lazımdır. Məqsədimiz yoldaşlıq görüşlərində yaxşı oyun sərgiləmək və qələbə qazanaraq noyabrda keçirləcək Dünya Çempionatının seçmə mərhələsinin oyunlarına tam hazır olmaqdır".
Qeyd edək ki, ilk görüş iyunun 28-də Jodinodakı "Torpedo", ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən "Traktor" stadionunda təşkil olunacaq.
İdman.biz