"Karvan"ın Bəhruz Teymurovla yollarını ayırmasının səbəbi bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.
31 yaşlı hücumçu Yevlax təmsilçisinin təklif etdiyi maaşla razılaşmayıb.
Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanan komanda bu səbəbdən forvardla vidalaşmaq qərarına gəlib.