Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir avqustun 29-da, saat 11:00-da qurumun inzibati binasında təşkil olunacaq.
Mətbuat konfransında millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunları üçün heyəti açıqlanacaq.
İdman.biz