"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının onuncu turunda "Real Madrid"lə keçiriləcək El-Klasiko öncəsi gözləntilərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu uşaqlıqdan belə bir qarşılaşmada iştirak etməyi arzuladığını söyləyib.
"Əgər öz oyunumuzu göstərsək, qələbə qazanmaq şansımız olacaq. Bu, həmişə oynamağı sevdiyim bir oyundur. Uşaqlıqdan El-Klasikoda meydana çıxmağı arzulamışam. Emosiyalarımızı nəzarətdə saxlamalıyıq. Belə qarşılaşmalar gərginlik və ehtirasla dolu olur", - deyə Lopes bildirib.
Qeyd edək ki, bu gün "Spotify Kamp Nou" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə gecə saat 23:59-da başlayacaq.
Hazırda "Barselona" 27 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə 21 xalla üçüncü pillədə qərarlaşıb.