top
Fabregas: Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun Idman.biz
22 oktyabr 2026, 01:12
- ↺ +

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

"Como"nun baş məşqçisi Sesk Fabreqas Çempionlar Liqasının əsas mərhələsində "Mançester Yunayted" üzərində 4:1 hesablı qələbəni şərh edib.

İdman.Biz Football Italia-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının çıxışından razı qalsa da, qarşıda daha çətin sınaqların olduğunu vurğulayıb.

"Bu, xüsusi axşamdır, lakin qarşıya qoyduğumuz məqsədlərə gedən yolun hələ başlanğıcındayıq. Bu gün komanda yaxşı oynadı, amma sakitliyimizi qorumalı və artıq şənbə günü növbəti matçın bizi gözlədiyini unutmamalıyıq.

Bu qələbəni klubumuzun formalarına və avadanlıqlarına cavabdeh olan əməkdaşlardan birinə həsr etmək istəyirəm. O, bunun səbəbini bilir.

Avropada istənilən rəqibə qarşı belə oynaya biləcəyimizi bilmirəm. Bunu iddia etmək kifayət qədər cəsarətli olardı. Təvazökar qalmalıyıq.

İstər İtaliya Kubokunun yarımfinalında "İnter"lə, istərsə də A Seriyasında "Napoli" və "Roma" ilə qarşılaşaq, həmişə öz futbolumuzu oynamağa çalışacağıq. Hazırlıq çox vacibdir, amma futbolçuların özlərinə inamı da az əhəmiyyət daşımır. Bu inam olmadan hər şey daha çətin olur.

Bu gün "Mançester Yunayted"ə qarşı oynadıq. Onların hazırda çətin dövr keçirməsinin əhəmiyyəti yoxdur. Unutmayaq ki, bəzi futbolçularımız üçün bu, karyeralarında Çempionlar Liqasındakı cəmi üçüncü oyun idi.

Məhz bu futbolçuların inamı və çalışqanlığı mənə güc verir. Belə qələbə qazanmaq çox xoşdur, amma indi ən çətin mərhələ başlayır. Şənbə günü A Seriyasında da eyni səviyyədə oynamalıyıq", - deyə Fabreqas bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Oxşar xəbərlər