top
Erik ten Hag: Ronaldo komandamızı məyus etdi Lent.az
Bu gün, 12:53
- ↺ +

Erik ten Hag: Ronaldo komandamızı məyus etdi

"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə yaşadığı münaqişənin indiyədək bilinməyən detallarını açıqlayıb.

Lent.az xəbər verir ki, niderlandlı mütəxəssis "The Athletic"ə müsahibəsində Ronaldonun məşqlərdəki davranışından və komandaya münasibətindən narazı qaldığını bildirib.

Ten Haqın sözlərinə görə, o, 2022-ci ildə İngiltərə klubunun baş məşqçisi təyin olunmazdan əvvəl Ronaldo ilə görüşmək üçün xüsusi olaraq Portuqaliyaya gedib. Lakin sonradan hadisələr gözlədiyi kimi inkişaf etməyib.

"Ronaldo həm komandanı, həm də məni məyus etdi. Çünki onunla bağlı planlarımız var idi. O, futbol tarixinin ən yaxşı oyunçularından biridir və mən ona böyük hörmət bəsləyirdim. Amma məşqçi kimi rasional qərar verməli idim", – deyə Ten Haq bildirib.

Sabiq baş məşqçi sensasion iddia da səsləndirib. Onun sözlərinə görə, "Mançester Yunayted"in "Brentford"a 0:4 hesabı ilə məğlubiyyətindən sonra futbolçulara əlavə qaçış tapşırığı verilib. Ronaldo isə tələb olunan üç dövrədən yalnız ikisini tamamlayıb.

Ten Haq həmçinin portuqaliyalı hücumçunun məşqlərə lazımi səviyyədə hazırlaşmadığını, bəzi tapşırıqları yerinə yetirmədiyini və komanda yoldaşlarına məşq zamanı güclərini qorumağı tövsiyə etdiyini iddia edib.

Xatırladaq ki, Ronaldo ilə Ten Haq arasında münasibətlər 2022-ci ildə kəskinləşib. Portuqaliyalı futbolçu "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib, daha sonra klub rəhbərliyini və baş məşqçini açıq şəkildə tənqid edib. Nəticədə həmin ilin noyabrında onun "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Maraqlıdır ki, Ten Haqın bu açıqlamaları Ronaldonun Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla münaqişəyə görə 30 günlük diskvalifikasiya olunduğu dövrə təsadüf edib.

Beləliklə, 41 yaşlı futbolçunun ətrafında yeni müzakirələr başlayıb. Ronaldonun nümayəndələrinin Ten Haqın son ittihamlarına münasibəti isə hələ açıqlanmayıb.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Qarabağ FK
Bu gün, 13:24

Abdulax Xaybulaev: “Yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq” - MÜSAHİBƏ

Cüdo
Bu gün, 13:16

Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu

Futbol
Bu gün, 13:09

Araz-Naxçıvanın mərkəz müdafiəçisi İssuf Paro Qəbələ ilə matçda iştirak edə bilməyəcək

Qarabağ FK
Bu gün, 13:00

VIII tur üçün rəmzi komanda: Sabahdan 3, Neftçidən 2, Qarabağdan 1 futbolçu

Futbol
Bu gün, 12:54

Karolina Reyna U-17 dünya çempionatında qələbə qazandı

Şahmat
Bu gün, 12:52

Şirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı Açıldı

Futbol
Bu gün, 12:50

I Liqa: Binə Stadionunda Şahdağ Qusar – Səbail qarşılaşması

Futbol
Bu gün, 12:40

Qapıçı Gregor Kobel “Sabah” qarşısında matçın taleyini erkən həll edə bilməməkdən təəssüfləndi

Digər
Bu gün, 12:37

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Digər
Bu gün, 12:33

“Sabah”la oyunda iki qol vuran futbolçu: “Bu qələbə bizim üçün çox vacib idi”

Digər
Bu gün, 12:32

"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:03

“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

Futbol
Bu gün, 12:00

Futbolçu iki qol vurdu: "Qələbələr asan deyil"

Digər
Bu gün, 11:48

Azərbaycanda 200-ə yaxın idmançının tarixindən bəhs edən kitab təqdim olunacaq

Digər
Bu gün, 11:40

Çempionlar Liqsında son 66 ilin rekordu qeydə alınıb

Digər
Bu gün, 11:24

1,2 milyon avroluq büdcədən Çempionlar Liqasına: “Sabah”ın prezidenti uğurun sirlərini açıqladı

Digər
Bu gün, 11:20

Matteo Politano "Napoli"nin tarixinə düşdü

Digər
Bu gün, 11:11

Azərbaycanlı SSRİ çempionu Firudin Qurbanovun 80 yaşı tamam olur

Oxşar xəbərlər