top
Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq Lent.az
Bu gün, 20:00
- ↺ +

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Madridin "Real" klubunun əfsanəvi futbolçularından olan Marselonun oğlu Enzo Alves yaxın vaxtlarda əsas komandada yer ala bilər.

Lent.az xəbər verir ki, 17 yaşlı hücumçu Madrid klubunun akademiyasında göstərdiyi yüksək məhsuldarlıqla diqqət çəkir.

"Real Madrid"in "La Fabrika" akademiyasında yetişən gənc futbolçu müxtəlif yaş qrupları üzrə komandalarda ümumilikdə 150-dən çox qol vurub.

Enzo Alves son dövrlərdə xüsusilə uğurlu çıxışı ilə seçilir. O, UEFA Gənclər Liqasında Almaniyanın "Leyptsiq" klubuna qarşı keçirilən oyunda da fərqlənib.

Oktyabrın 21-də baş tutan qarşılaşmada gənc hücumçu komandasının 5:2 hesablı qələbəsinə töhfə verərək turnirdə ilk qolunu vurub.

Məlumata görə, "Real Madrid" rəhbərliyi və əsas komandanın baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyəti gənc futbolçunun inkişafını diqqətlə izləyir.

Enzo Alvesin yaxın zamanda əsas komandanın məşqlərinə cəlb olunacağı və cari mövsümdə ona debüt şansı verilə biləcəyi bildirilir. Lakin bununla bağlı hələlik rəsmi qərar açıqlanmayıb.

Gənc hücumçu 2026-cı ilin yanvarında "Real Madrid"lə ilk peşəkar müqaviləsini imzalayıb. O, İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edir.

Xatırladaq ki, Enzonun atası Marselo 2007–2022-ci illərdə "Real Madrid"in formasını geyinib. Braziliyalı müdafiəçi Madrid klubunda keçirdiyi 15 il ərzində 25 titul, o cümlədən beş dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb.

İndi isə onun oğlu atasının uğur qazandığı klubda öz futbol tarixini yazmağa hazırlaşır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:45

Canni İnfantino: “Bizim üçün hər bir istedadlı futbolçuya şans vermək vacibdir”

Digər
Bu gün, 20:45

Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”

Digər
Bu gün, 20:25

Azərbaycan klubu avrokuboklarda məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür”ün məşqçisi: “Ümid edirik ki, yeni federasiya yaradılacaq və çempionat bərpa olunacaq” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Oxşar xəbərlər