top
Əmrah Çəlikəl Ali Koçla görüşdə Qarabağ və Fənərbaxça arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib Idman.biz
19 iyun 2025, 11:55
- +

Əmrah Çəlikəl Ali Koçla görüşdə "Qarabağ" və "Fənərbaxça" arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib

"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl ötən gün "Fənərbaxça" klubunun prezidenti Ali Koçla baş tutan görüşlərindən danışıb.

İdman.biz xəbər verir ki, Ağdam klubunun rəsmisi bu barədə "Report"a açıqlama verib.

O, Ali Koçun Bakıya gəlişinin səbəbinin futbolla bağlı olmadığını deyib: "Ali Koç biznes işləri ilə əlaqədar Bakıya təşrif buyurmuşdu. Bu səbəbdən görüşümüz qısa çəkdi. O, çox səmimi danışdı və Azərbaycana olan sevgisindən bəhs etdi. Söhbətimiz maraqlı alındı. Gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olundu. Bununla bağlı lazımi işlər görüləcək və daha sonra ictimaiyyətə açıqlama veriləcək".

Çəlikəl "Qarabağ" və "Fənərbaxça" klubları arasında yoxlama görüşünün keçirilməsinin hər zaman gündəmdə olduğunu vurğulayıb: "Bu məsələ həmişə müzakirə mövzusudur. Lakin hər iki kollektivin qrafiki sıx olduğu üçün bu istəyi reallaşdırmaq asan deyil. Müəyyən ideyalar var və onları həyata keçirməyi planlaşdırırıq. Görüş zamanı Əli Koçun "Qarabağ" və "Fənərbaxça"ya fayda verə biləcək işbirliyinə hazır olduğunu gördük. Hazırda razılaşdırılmış bir layihə yoxdur. Lakin hər iki komanda öz tərəfində müəyyən hazırlıq işləri aparacaq və gələcəkdə əməkdaşlıq məsələləri yenidən danışılacaq".

Klub rəsmisi son olaraq yaxın günlərdə "Qarabağ"ın yeni transferlərini açıqlayacağını bildirib: "İki gün əvvəl yeni transferimizi ictimaiyyətə bildirdik. Yeni oyunçuların gəlişi mütləq olacaq. Azarkeşlərin bunu maraqla gözlədiyini bilirik. Yaxın müddətdə başqa transferləri də açıqlayacağıq".

Qeyd edək ki, Ali Koçla görüşdə "Qarabağ"ın İdarə Heyətinin digər üzvü Asif Əsgərov da iştirak edib. Görüşün sonunda "Fənərbaxça"nın prezidentinə Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 00:31

Orxan Səfərov təcrübəsini Latviyanın "Kyodai" klubunda bölüşəcək

Futbol
Bu gün, 00:18

Rafael Utziq "Zirə"dən ayrıldı: Vyetnam klubuna icarəyə verildi

Futbol
Dünən, 23:57

"Atalanta" Monteneqro millisinin üzvü Nikola Krstoviçi transfer edib

Futbol
Dünən, 23:50

"Vilyarreal" "Çelsi"nin müdafiəçisi Renatu Veyqanı transfer edir

Futbol
Dünən, 23:49

"Arsenal" Eze transferində "Tottenhem"lə yanaşı favoritdir

Gimnastika
Dünən, 23:21

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani Azərbaycanda ağır atletika şəraiti ilə tanış olub

Basketbol
Dünən, 22:57

"Sabah" basketbol klubu iki yeni məşqçi ilə müqavilə imzalayıb

Voleybol
Dünən, 22:55

Sergey Platanenkov "Azərreyl" ilə müqaviləsini uzadıb

Basketbol
Dünən, 22:39

Aleksandar Trifunoviç "Sabah" basketbol klubunun məşqçilər korpusuna qoşulub

Basketbol
Dünən, 22:36

Bosniya və Herseqovina Avropa çempionatına Canan Musasız gedir

Digər
Dünən, 22:25

Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti və digər idman rəsmiləri ilə görüşüb

Futbol
Dünən, 22:09

"Napoli" Artyom Dovbiki Lukakuya əvəz kimi görür

Futbol
Dünən, 21:56

Edon Jeqrova "Yuventus"a transfer ola bilər

Tennis
Dünən, 21:52

Koko Qauff iki məşqçisi ilə yollarını ayırıb

Futbol
Dünən, 21:29

Riko Luis "Mançester Siti" ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

Futbol
Dünən, 21:26

"Barselona" Oriol Romeu ilə müqaviləyə xitam verdi

Digər
Dünən, 21:19

Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti və digər idman rəsmiləri ilə görüşüb: İdman əməkdaşlığı müzakirə edilib

Olimpiada
Dünən, 21:15

Fərid Qayıbov Albaniyalı idman rəsmiləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Futbol
Dünən, 20:57

Duqlas Luis "Nottingem Forest"ə keçir

Futbol
Dünən, 20:56

Sebalyos "Real"da qalmaq üçün Səudiyyə Ərəbistanının təklifini rədd etdi

Güləş
Dünən, 20:39

Günay Qurbanova U-20 Dünya Çempionatında bürünc medal qazanıb, Ruzanna Məmmədova finaldadır

Güləş
Dünən, 20:33

U-20 Dünya Çempionatı: Qurbanovanın bürüncü, Məmmədovanın finalı

Futbol
Dünən, 20:27

Kay Haverts zədələndi: "Arsenal" üçün böyük itki

Futbol
Dünən, 20:12

"Çelsi"nin transfer çətinlikləri: Veyqa, Cekson, Nkunku və Sterlinq dilemması

Oxşar xəbərlər