top
Elvin Yunuszadə Karvana keçidi, hədəflər və Araz Abdullayevlə birlikdə oynaması haqqında danışdı Idman.biz
Bu gün, 11:13
- +

Elvin Yunuszadə "Karvan"a keçidi, hədəflər və Araz Abdullayevlə birlikdə oynaması haqqında danışdı

"Karvan"ın yeni transferi Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi

- Yevlax təmsilçisinə keçidinlə bağlı fikirlərini öyrənmək istərdik. Yeni komandanla bağlı təəssüratların necədir?

- İlk olaraq Kənan Kərimovla danışdım. O, mənə klubun gələcək planlarından danışdı. Mən də ən düzgün seçimin "Karvan" olduğuna qərar verdim.

- Başqa klublardan da təklifin var idi? Niyə məhz "Karvan"?

- Əlbəttə. Başqa 1-2 təklifim var idi. Amma düşünürəm ki, bugünkü vaxt üçün ən düzgün olanı etmişəm. Oynamaq və məşqçi baxımından bunu deyirəm.

- Son olaraq "Qəbələ" ilə I Liqada çempion olduz. Sənə yeni müqavilə təşkif olunmadı?

- Sözün düzü, "Qəbələ" ilə ilkin razılığımız olmuşdu. Sonra bəzi nüanslara görə alınmadı. Buna görə də yolları ayırmaq qərarına gəldik.

- "Karvan"ın növbəti mövsümdəki hədəfləri barədə nə deyə bilərsən?

- Əsas hədəf yaxşı kollektiv formalaşdırmaq və istənilən komandanı qurmaqdır. "Karvan" uzun illərdən sonra Premyer Liqaya qayıtdı. İstəyirik ki, azarkeşlərimizi layiqincə sevindirək.

- Artıq yeni baş məşqçiniz də bəllidir. Azər Həşimovun təyinatını necə qarşıladın?

- Azər müəllimi əvvəl də tanıyırdıq. Onun işinə də bələdik. İnanıram ki, öz təcrübəsi ilə komandaya yaxşı tərəfdən çox böyük köməklik edəcək.

- "Karvan" Premyer Liqa təcrübəsi olan oyunçuları heyətinə qatıb. Səninlə yanaşı Araz Abdullayev də heyətdədir. Karyeranızda əvvəlki günləri xatırlada biləcəksinizmi?

- Bu, Araz və mənim üçün bir şansdır. Əlbəttə yenidən Premyer Liqada oynamaq xoşdur. Bu komandanın formasını geyiniriksə, klub üçün əlimizdən gələni etməliyik. İnanıram ki, daha yaxşı olacaq. Komandaya qoşulmuşuqsa, inanıram ki, köməklik edəcəyik.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:43

ISU Veronika Jilinanın Azərbaycan yığmasına keçidinə imtina səbəblərini açıqlayıb

Futbol
Bu gün, 14:40

"Milan" "Real"ın müdafiəçisi Fran Qarsiya ilə maraqlanır

Futbol
Bu gün, 14:28

Sabiq Milli Futbolçu Andre Ladaqa Azərbaycana Qayıdır

Futbol
Bu gün, 14:20

"Araz-Naxçıvan" "Aris"lə oyuna 21 futbolçu göndərdi

Futbol
Bu gün, 14:12

"Araz-Naxçıvan" Konfrans Liqası üçün heyətini açıqlayıb

Futbol
Bu gün, 14:12

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası üçün iştirak ərizəsindəki heyəti açıqlayıb

Tennis
Bu gün, 14:07

Şəbnəm Mansurova və Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak üçün Skopyeyə yollanıblar

Olimpiada
Bu gün, 14:03

Azərbaycan stolüstü tennisçiləri Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak üçün Skopyeyə yollanıblar

Futbol
Bu gün, 14:00

Kəpəzin sabiq futbolçusu Kərim Lkoça "Olimpik Safi"yə keçib

Olimpiada
Bu gün, 13:49

Su İdman Növləri üzrə Dünya Çempionatının Medalları Alüminium Qutulardan Hazırlanıb

Futbol
Bu gün, 13:47

Arda Turanın ukraynalı jurnalistlə göz təmasından yayınması sosial mediada müzakirəyə səbəb oldu

Digər
Bu gün, 13:47

FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş beşnövçülük çempionatına yekun vurulub

Futbol
Bu gün, 13:46

"Araz-Naxçıvan"ın rəqibi "Aris"də itki: Donis zədələndi

Tennis
Bu gün, 13:41

Universiada: Kənan Qasımov ilk oyununda qələbə qazanıb

Futbol
Bu gün, 13:40

"Qarabağ" Çempionlar Liqası üçün UEFA-ya 24 futbolçudan ibarət siyahı təqdim etdi

Futbol
Bu gün, 13:34

Azər Həşimov "Karvan"ın hədəflərini açıqladı: Orta pillələrdə qərarlaşmaq

Futbol
Bu gün, 13:33

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini təqdim edib

Futbol
Bu gün, 13:27

"Qarabağ" UEFA-ya Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini göndərib

Futbol
Bu gün, 13:20

Joze Mourinyo Portuqaliyaya qayıtmaq niyyətindədir

Olimpiada
Bu gün, 13:17

İDMAN.BİZ ALMANİYADAN: Universiada - Azərbaycan idmançılarının medal şansları və təşkilati məqamlar

Futbol
Bu gün, 13:04

Vinisiusa Səudiyyə Ərəbistanından rekord məbləğdə transfer təklifi

Futbol
Bu gün, 13:02

Elxan Abdullayevdən "Sabah"ın "Selye" ilə oyunu haqda fikirləri

Futbol
Bu gün, 13:00

Azər Həşimov "Karvan"ın baş məşqçisi təyin olunması və komandanın hədəfləri barədə danışıb

Olimpiada
Bu gün, 12:44

Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılarla görüş keçirilib

Oxşar xəbərlər