top
Sabiq Milli Futbolçu Andre Ladaqa Azərbaycana Qayıdır Idman.biz
18 iyul 2025, 14:28
- ↺ +

Sabiq Milli Futbolçu Andre Ladaqa Azərbaycana Qayıdır

Azərbaycan yığmasının sabiq oyunçusu, milliləşdirilmiş legionerlərdən olan Andre Ladaqa Azərbaycana gəlir.

İdman.biz Fanat.az-a istinadən xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi özü məlumat verib.

O, 10 gün sonra Bakıda olacaq. Gəlişinin səbəbi özünü yenidən Azərbaycan futbolunda sınamaqdır. 50 yaşlı veteran həm məşqçi kimi çalışmaq, həm braziliyalı oyunçuların Azərbaycana gəlişində vasitəçi olmaq, həm də futbol funksioneri vəzifəsində fəaliyyət göstərmək istəyir. O, ölkəmizə gəldikdən sonra bu yöndə aldığı təklifləri dəyərləndirəcək. Ladaqa hansı klublardan təklif aldığını açıqlamaq istəməyib.

Qeyd edək ki, ölkəmizdə 4 ilə yaxın "Bakı"da çıxış edən Ladaqa paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Şahin Diniyevin dövründə yığmamıza dəvət olunan braziliyalı millidə 11 matça çıxaraq bir qol vurub. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də AÇ-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən oyunda (1:1) isə qolla yadda qalıb.

Tam adı Andre Luiz Ladaqa olan futbolçu 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun ilk peşəkar klubu 1994-cü ildə "İtaperuna" olub. 1995-ci ildə "Vasko da Gama", 1996-cı ildə isə "İnternasional"da forma geyinib. Amma parlamağa başladığı klub "Fluminese" olub. 1997-2000-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra "Maduera", "Olario" və "America" kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən "Bakı" rəsmləri Ladaqanı bəyənərək ölkəmizə dəvət ediblər. Onun karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə "Bakı" formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun müəllifi olub. "Bakı"dan sonra 2009-cu ildə "Karvan"da qısa sürən karyerası olub. O, Yevlax təmsilçisində cəmi 2 oyunda forma geyinib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Oxşar xəbərlər