Özbəkistan millisinin oyunçusu Eldor Şomurodovun K qrupunun üçüncü turunda Konqo Demokratik Respublikasına vurduğu qol 2026-cı il dünya çempionatının qrup mərhələsinin ən yaxşı qolu seçilib.
İdman.Biz bu barədə FİFA-nın rəsmi saytına istinadən bildirir.
Şomurodov 10-cu dəqiqədə hesabı açıb. O, Akmal Mozqovoydan ötürmə alıb və topu qapıçı Lionel Mpasi-Nzonun yanından dar bucaq altında keçirib.
Şomurodov qoluna görə səslərin 36%-ni alıb. İkinci yeri isə Mərakeşə (2:4) vurduğu qola görə Haitinin hücumçusu Vilson İsidor tutub.