İngiltərənin "Brayton" futbol komandasının hücumçusu Denni Uelbek "Çelsi"yə keçməyə yaxındır.
İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisi 35 yaşlı futbolçu ilə ikiillik müqavilə üzrə prinsipial razılıq əldə edib. "Brayton"un Uelbekə tibbi müayinədən keçmək üçün icazə verdiyi və tərəflərin transferi yekunlaşdırmağa çalışdığı bildirilir.
Uelbekin keçidi rəsmiləşəcəyi təqdirdə, o, "Çelsi"nin əsas komandasındakı ən yaşlı futbolçulardan biri olacaq. Hücumçunun transferi klubun gənc heyətinə təcrübə əlavə etmək planının bir hissəsi kimi qiymətləndirilir.