"Pizza" klubunun rəhbərliyi komandanın baş məşqçisi postuna David Ançelottini dəvət etmək istəyir. Sport24.az "La Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, Karlo Ançelottinin oğlu kom andanın hazırkı çalışdırıcısı Alberto Gilardinonun yerinə əsas namizədlərdən biridir.
Mənbənin sözlərinə görə, İtaliya klubunun rəhbərliyi komandanın "sükanını" gənc mütəxəssisə etibar etməyə hazırdır. David Ançelotti bu yaxınlarda "Botafaqo"da ilk müstəqil iş təcrübəsini qazanıb. Onun rəhbərliyi altında komanda Braziliya liqasında altıncı yeri tutub və Libertadores Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, David uzun illər atasının məşqçilər korpusunda yer alaraq PSJ, "Real" "Bavariya", "Napoli" və "Everton"da çalışıb.