top
Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’ Idman.biz
21 oktyabr 2026, 05:48
- ↺ +

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

"Sabah"ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, komandasının çıxışını dəyərləndirən futbolçu ilk hissədə rəqibdən daha yaxşı oynadıqlarını, lakin yaranan qol imkanlarından istifadə edə bilmədiklərini söyləyib.

"İlk hissədə vurduğumuz qoldan sonra çoxlu qol imkanlarımız oldu. Düşünürəm ki, hətta fasiləyə qədər daha üstün tərəf biz idik. Amma futbol nəticə oyunudur. Dortmund daha bir qol vurdu, biz isə ikinci qolu vura bilmədik. İkinci hissədə ilk yarının son 25 dəqiqəsindəki kimi oynamağa, irəli çıxmağa çalışdıq, amma bunu bacarmadıq. Dortmundun da oyunun həmin şəkildə davam etməsinə imkan verməyəcək keyfiyyətlərə sahib olduğunu bilirik. Ümumilikdə, məyusuq. Daha yaxşı oynaya bilərdik, buna şübhə yoxdur. İndi "Vikinq"lə qarşılaşmada özümüzü inkişaf etdirməliyik. Düşünürəm ki, yenə də yaxşı oyun keçirdik. Nəticədə, rəqib Dortmund klubu idi. Cəmi 1:2 hesabı ilə məğlub olmaq qarşıdakı oyunlar üçün bizə əlavə motivasiya verir. Ümid edirik ki, "Vikinq"lə matçda xal qazana biləcəyik".

Mikels Bakıya gələn almaniyalı azarkeşlərin yaratdığı atmosferdən də danışıb:

"Almaniya azarkeşlərinin ən yaxşı olduğunu bilirdim. Dünyada hər kəs bunu bilir. Onların Dortmund futbolçularına dəstək verməsini görmək çox özəl və xoş idi".

Almaniyada dünyaya gələn hücumçu doğma ölkəsinin təmsilçisinə qarşı oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Bu, möhtəşəm hissdir. Özüm "Mançester Yunayted" azarkeşiyəm, amma Almaniya komandalarına da azarkeşlik edirəm. Bura mənim doğma ölkəmdir. Almaniyada doğulmuşam. Buna görə də alman komandası ilə oynamaq çox xoşdur".

Futbolçu Çempionlar Liqasının ilk turunda "Mançester Yunayted"lə keçirilən görüşlə "Borussiya"ya qarşı oyunu da müqayisə edib:

"Öz oyunumuz barədə danışa bilərəm. Düşünürəm ki, oyundan-oyuna inkişaf edirik. Bəlkə də "Mançester Yunayted"lə qarşılaşma bizim üçün bir qədər tez idi. Amma indi "Borussiya"ya qarşı çox yaxşı oynadığımızı gördünüz. Getdikcə daha yaxşı çıxış edirik, lakin artıq xal qazanmalıyıq. Ötən həftə "Slaviya"ya qalib gəldik, amma bu gün daha yaxşı oynaya biləcəyimizi düşünmək məyusedicidir".

Mikels qarşıdakı "Vikinq" və "Barselona" görüşlərinə də toxunaraq hazırda bütün diqqətlərini Norveç təmsilçisinə yönəltdiklərini bildirib:

"İlk növbədə "Vikinq"lə qarşılaşacağıq. Hazırda "Barselona" haqqında düşünmürəm. Onların dünyanın ən yaxşı komandası olduğunu bilirik, güclü futbolçuları var. Amma növbəti rəqibimiz "Vikinq"dir".

"Sabah"ın hücumçusu həftəsonu "Qarabağ"la keçiriləcək Misli Premyer Liqası matçının da maraqlı mübarizə şəraitində keçəcəyini gözləyir:

"Ən yaxşı oyunlarımızı keçirmək istəyirik. İndi "Qarabağ"la qarşılaşacağıq. Bilirəm ki, bu oyun sizin üçün də çox özəldir. "Sabah" - "Qarabağ" matçında meydanda yenə yüksək keyfiyyətli futbol görəcəyik. Mən də bu oyunu səbirsizliklə gözləyirəm, çünki məhz belə matçlarda oynamaq istəyirsən. Oyuna çox yaxşı hazırlaşacağıq. Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Maraqlı qarşılaşma olacaq. Üstəlik, yeni stadionumuzda oynayacağıq. Bu da xoşdur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Futbol
Bu gün, 16:20

Roma, Corco De Marzi ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

Futbol
Bu gün, 16:19

Ağadadaş Salyanski: Millidə debut və qələbə – qazandığımız qələbəni də danmamalıyıq

Futbol
Bu gün, 16:04

PSJ Nitsada çətin sınaqla qarşı-qarşıya, “Lion” yeni dövrə başlayır – Liqa 1 11-ci turu

Futbol
Bu gün, 16:00

Viktor Osimhen Qalatasaray'ın ofsayda ən çox düşən hücumçusudur

Şahmat
Bu gün, 15:44

Azərbaycan şahmatçıları Qazaxıstanda keçirilən çempionatda iştirak edəcək

Futbol
Bu gün, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Futbol
Bu gün, 15:33

UEFA Millətlər Liqası 2026/27 üçün 1/4 final və pley‑off cütləri bəlli oldu

Futbol
Bu gün, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 15:20

PSJ-nin 13 üzvü "Globe Soccer Awards" mükafatlarına namizəd göstərilib

Oxşar xəbərlər