Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində ilk matçını səfərdə keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşacaq. Matç saat 22:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00. "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:0
Baş hakim: İvan Krujlyak (Slovakiya)
"Şkendiya": 24. Bakukar Qaye, 2. Aleksander Trumçi, 15. İmran Fetai, 5. Kliman Cake, 11. Ronaldo Vebster, 4. Reşat Ramadani, 6. Amadu Alhassan, 10. Endrit Kransiqi, 29. Fabris Tamba, 77. Liridon Latifi, 7. Besart İbrahimi (k)
Baş məşqçi: Jeton Beqiri
"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadəö
Baş məşqçi: Qurban Qurbanov
Skopye. "Todor Proeski" stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.biz