Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) daxili liqa oyunlarının xaricdə keçirilməsini qadağan etməyə çalışacaq,
Bu barədə İdman.Biz "The Guardian"a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, La Liqanın 17-ci turunun "Vilyarreal" – "Barselona" matçının Florida ştatının Mayami şəhərindəki (ABŞ) "Hard Rock" stadionuna, "Milan" – "Komo" A Seriyasının 24-cü turunun isə Avstraliyaya köçürülməsi FIFA rəhbərliyini qıcıqlandırıb.
FIFA indi qaydalarını sərtləşdirməyə çalışır, digər ölkələrdə yerli liqa oyunlarını tamamilə qadağan etməyi hədəfləyir. Rəsmilər gələn ilin əvvəlində yeni tənzimləyici qanunvericiliyi təqdim etməyə çalışacaqlar.