Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsində növbəti matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferentsvaroş"u ilə cavab görüşünü keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Azərbaycan çempionu favorit hesab olunur. Səfərdə 3:1 hesabı ilə qalib gələn Qurban Qurbanovunun komandasının Bakıda da qalib gələcəyi gözlənilir. Minimal hesablı məğlubiyyət və ya heç-heçə də "Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə daşıyacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 0:1
Qol: Lenni Jozef, 13
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Bedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Ferentsvaroş": 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36. Qabi Kaniçovski, 19. Barnabas Varqa
Baş məşqçi: Robbi Kin
Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun - 3:1
İdman.biz