top
Canni İnfantino Livan vətəndaşlığını qəbul etdi Idman.biz
26 noyabr 2025, 20:38
- +

Canni İnfantino Livan vətəndaşlığını qəbul etdi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino Livan vətəndaşlığını qəbul edib.

İdman.Biz rəsmi mənbəllərə istinadla xəbər verir ki, bu qərarı Livan prezidenti Cozef Xəlil Aun verib. İnfantino ona vətəndaşlıq verildiyini öz sosial şəbəkə hesablarında açıqlayıb.

"Livan vətəndaşlığını almaq mənim üçün böyük şərəf idi! Bu, mənə ölkə prezidenti Cozef Xəlil Aun tərəfindən verildi. Bu gün Beyrutda onunla görüşərək futbolun inkişafı, futboldan sülhün möhkəmləmdirilməsi və bütün planet üzrə gənclərin imkanlarının genişləndirilməsi üçün bir vasitə kimi istifadəyə davam etmək məqsədilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirəyə çıxardıq. Konstruktiv söhbətimiz oldu", - FIFA rəhbəri sosial media hesabında yazıb.

Livan Futbol Federasiyasının (LFA) rəsmi saytına görə, bu addım simvolikdir.

"Bu, Livanın FIFA prezidentinin oyunun inkişafında oynadığı rolu qəbul etməsini və Livan futboluna davamlı dəstəyini təsdiqləyir. Beyrutda keçirilən görüş zamanı cənab İnfantino Livan liderinə ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunun rəsmi oyun topunu təqdim etdi. Topun üzərində Livan prezidentinin adı həkk olunmuşdu. FIFA nümayəndəsi həmçinin Cozef Xəlil Auna federasiya adından xatirə hədiyyələri təqdim etdi", – LFA-dan bildirilib.

55 yaşlı Canni İnfantino 2019-cu ildən FIFA prezidentidir. Dünya futbolunun rəhbəri təyin olunmazdan əvvəl o, 2009-cu ilin oktyabr ayından Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışıb. FIFA lideri artıq İtaliya və İsveçrə vətəndaşlığına malikdir. O, Livan əsilli Lina Əl-Əşqarla evlidir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Güləş
Bu gün, 17:27

Bakıda cüdo məşqçiliyi üzrə 150-ci proqramın iştirakçılarına sertifikatlar təqdim edilib

Futbol
Bu gün, 17:17

Sabah - Hapoel matçının biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 16:49

"Liverpul" və "Komo" heç-heçə edib

Güləş
Bu gün, 16:33

Azərbaycan güləşçisi Dünya Çempionatının Yarımfinalına Çıxdı

Boks
Bu gün, 15:59

Azərbaycanlı boksçular Avropa çempionatında 1/4 finala vəsiqə qazandı

Futbol
Bu gün, 15:29

Ozan Can Kökçünün sərgüzəştləri: qol, kəllə və “qırmızı”

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol klubu Ramazan Qarayevi transfer edib

Güləş
Bu gün, 14:38

Bakıda cüdo məşqçisi sertifikatlandırma mərasimi keçirilib

Futbol
Bu gün, 14:30

Aston Villa Jion Suzukinin transferi ilə maraqlanır

Qarabağ FK
Bu gün, 14:01

Abdullah Zubirin Qarabağdan vidalaşması

Basketbol
Bu gün, 13:30

Neftçi basketbol komandası 19 yaşlı mərkəz oyunçusunu heyətinə qatıb

Futbol
Bu gün, 13:00

Zirə mövsümün ilk oyununu Şəfa ilə keçirəcək

Tennis
Bu gün, 12:54

Azərbaycan Yeniyetmə Stolüstü Tennisçiləri Türkiyədə 4 Medala Sahib Olublar

Futbol
Bu gün, 12:37

AFFA-nın baş katibi "Sabahın Ulduzları" turnirini izləyib

Digər
Bu gün, 12:10

Azərbaycanda şose velosipedi üzrə Ölkə Kubokunun qalibləri müəyyənləşib

Futbol
Bu gün, 12:00

AFFA-nın baş katibi „Sabahın Ulduzları“ yarışını izlədi

Futbol
Bu gün, 11:30

Lissabon Sportinqi Avstraliya millisinin yarımmüdafiəçisini transfer etdi

Futbol
Bu gün, 11:23

Toral Bayramovun komandası Bursaspor Türkiyə Birinci Liqasında ikinci qələbəsini qazanıb

Futbol
Bu gün, 11:10

PSJ və Lans Fransa Superkuboku uğrunda qarşılaşır

Futbol
Bu gün, 10:00

Sumqayıt Premyer Liqanın ilk turunda Neftçiyə qarşı oyun keçirəcək

Futbol
Bu gün, 09:40

Çelsi oyunçu üçün 60 milyon avro tələb edir

Digər
Bu gün, 09:38

İslam Mahaçev UFC-də çempionluq kəmərini qoruyub

Oxşar xəbərlər