top
Cahangir Həsənzadə: Nyukasl Qarabağ üçün PSJ-dən daha optimal rəqibdir Idman.biz
30 yanvar 2026, 18:06
- ↺ +

Cahangir Həsənzadə: "Nyukasl" "Qarabağ" üçün PSJ-dən daha optimal rəqibdir

"Püşkün nəticəsi qarşıdakı mərhələnin "Qarabağ" üçün asan olmayacağını göstərir".

Bu sözləri AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandasına rəqib olması barədə danışarkən deyib.

Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq qapıçısı bildirib ki, turnirin bu raundunda zəif rəqib anlayışı yoxdur.

"Artıq çempionluğa aparan yolun astanasındayıq və bu raundda asan rəqib gözləmək düzgün deyil. Bu baxımdan "Nyukasl"ı "Qarabağ" üçün uyğun və ya zəif rəqib kimi xarakterizə etmək olmaz. Hər bir halda komandamızı çətin oyunlar gözləyir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

C.Həsənzadə püşkün nəticəsini ümumilikdə müsbət qiymətləndirib:

"İki potensial rəqib arasında seçim etsək, "Nyukasl"ın "Qarabağ" üçün ən optimal variant olduğunu deyə bilərik. Digər mümkün rəqib PSJ Avropa futbolunun nəhəng klublarından biridir. Bu komanda ilə qarşılaşmaq həm oyun keyfiyyəti, həm də təcrübə baxımından daha çətin olardı. Məhz bu səbəbdən püşkün nəticəsini "Qarabağ" üçün nisbətən uğurlu hesab edə bilərik".

Veteran qolkiper Azərbaycan çempionundan bu mərhələdə də baxımlı və mübariz futbol gözlədiyini vurğulayıb: "Ümid edirəm ki, komanda "Nyukasl"a qarşı da yaxşı və baxımlı oyun nümayiş etdirəcək. Bu mərhələdə də təmsilçimizdən uğurlu nəticələr gözləyirik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. "Qarabağ" "Nyukasl"la ilk görüşü Bakıda keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər