Buxarest "Dinamo" futbol klubunun inşası planlaşdırılan yeni stadionu bir neçə gün əvvəl vəfat edən dünyaşöhrətli məşqçi Mirça Luçeskunun adını daşıyacaq.
İdman.Biz "Mediafax" nəşrinə istinadla xəbər verir ki, 80 yaşında dünyasını dəyişən mütəxəssisin xatirəsinə ehtiram əlaməti olaraq arena "Dinamo Mirça Luçesku" adlandırılacaq.

Luçeskunun həm futbolçu, həm də məşqçi kimi klubun tarixində müstəsna xidmətləri olub. O, 1963-1977-ci illərdə bu komandanın formasını geyinib, 1985-1990-cı illərdə isə baş məşqçi kimi fəaliyyət göstərib.


