Türkiyənin "Qaziantep" komandasının baş məşqçisi Burak Yılmaz vəzifəsindən ayrılacağını elan edib.
İdman.Biz xəbər verir ki, Süper Liqanın 16-cı turunda "Göztepe"yə evdə 0:1 hesabı ilə məğlubiyyətdən sonra danışan gənc mütəxəssis yaxın vaxtlarda komandanın başında olmayacağını bildirib.
Burak Yılmaz açıqlamasında qeyd edib ki, təxminən iki həftə sonra "Qaziantep" ilə yollarını ayıracaq. Onun bu qərarı klubun son nəticələri fonunda verdiyi vurğulanır.