top
Bundesliqa: Bavariyanın möhtəşəm qələbəsi, Bayerin səfər uğuru və digər oyunların nəticələri Idman.biz
25 aprel 2026, 20:01
- ↺ +

Bundesliqa: "Bavariya"nın möhtəşəm qələbəsi, "Bayer"in səfər uğuru və digər oyunların nəticələri

Almaniya Bundesliqasının 31-ci turunda "Bavariya" səfərdə "Maynts" ilə qarşılaşıb. Münhen təmsilçisi 0:3 hesabı ilə geridə olduğu matçda əzmkar qələbə qazanaraq meydanı 4:3 hesablı üstünlüklə tərk edib.

İdman.Biz xəbər verir ki, görüşün ilk hissəsi meydan sahiblərinin mütləq üstünlüyü ilə keçib. "Maynts"ın heyətində Dominik Kor (15-ci dəqiqə), Paul Nebel (29-cu dəqiqə) və Şeraldo Bekker (45+2-ci dəqiqə) fərqlənərək hesabı 3:0 ediblər.

Lakin ikinci hissədə erkən çempionluğunu rəsmiləşdirmiş münhenlilər inanılmaz geri dönüşə imza atıblar. 53-cü dəqiqədə Nikolas Cekson, 73-cü dəqiqədə Maykl Olise fərqi minimuma endirib. Camal Musiala 80-ci dəqiqədə bərabərlik qolunu vurduğu halda, 83-cü dəqiqədə Harri Keyn "Bavariya"ya qələbə qazandıran topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 82-yə çatdıran "Bavariya" turnir cədvəlinə başçılıq edir. 34 xalı olan "Maynts" isə 10-cu pillədə qərarlaşıb.

Növbəti turda münhenlilər mayın 2-də "Haydenhaym"ı qəbul edəcək, "karnavalçılar" isə bir gün sonra səfərdə "Sankt-Pauli"nin qonağı olacaqlar.

19:33

Almaniya Bundesliqasının 31-ci turunda "Bayer" səfərdə "Köln" ilə üz-üzə gəlib. Qarşılaşmanın 43-cü dəqiqəsinə qədər hesab açılmayıb.

İdman.Biz xəbər verir ki, cərimə meydançasında əllə oyuna görə təyin edilmiş penaltini Patrik Şik dəqiq yerinə yetirərək qonaqları önə keçirib. İkinci hissənin əvvəlində leverkuzenlilər üstünlüklərini artırıblar. Şik mərkəzdən ötürülən topu texniki vuruşla qapıdan keçirərək dublunu rəsmiləşdirib.

Meydan sahibləri 77-cü dəqiqədə fərqi azaltsalar da, bu, yekun nəticəyə təsir etməyib. Valdşmidt rəqib müdafiəçilərin səhvindən yararlanaraq hesabı 1:2 edib.

"Bayer" səfərdə qazandığı bu qələbə ilə xallarını 55-ə çatdırıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.

Hazırda leverkuzenlilər turnir cədvəlində beşinci, "Köln" isə 13-cü pillədə qərarlaşıb.

Paralel keçən oyunda "Haydenhaym" öz meydanında "Sankt-Pauli"ni qəbul edib. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın üçüncü dəqiqəsində Budu Zivzivadze rəqib qapısına yol tapıb. Oyunun 82-ci dəqiqəsində "Haydenhaym" üstünlüyünü artırıb. Diant Ramayın məhsuldar ötürməsini Eren Dinkçi qolla tamamlayaraq matçda son nöqtəni qoyub.

Hazırda 22 xalı olan "Haydenhaym" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 26 xalı olan "Sankt-Pauli" isə 16-cı yerdədir.

"Auqsburq" və "Ayntraxt" arasında keçirilən oyunda isə xallar bölünüb - 1:1.

Meydan sahibləri fasiləyə qədər önə keçməyi bacarıblar. Qolun müəllifi Anton Kade olub. Qarşılaşmanın 66-cı dəqiqəsində qonaqlar hesabı bərabərləşdiriblər. Can Uzunun ötürməsindən sonra Ritsu Doan fərqlənib.

Hazırda 37 xalı olan "Auqsburq" Bundesliqa cədvəlində doqquzuncu pillədə qərarlaşıb. "Ayntraxt"ın isə 43 xalı var və yeddinci yerdədir.

Digər oyunda "Volfsburq" öz meydanında Münhenqladbax "Borussiya"sını qəbul edib. Komandalar bir-birinin qapısına yol tapa bilməyiblər və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Hazırda 25 xalı olan "Volfsburq" Bundesliqa cədvəlində 17-ci pillədə qərarlaşıb. "Borussiya"nın isə 32 xalı var və 11-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Digər
Bu gün, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Digər
Bu gün, 17:16

Biletin qiyməti 3 minə qədər: “Qızıl top” mərasimində iştirak neçəyə başa gəlir?

Digər
Bu gün, 17:16

U-15 dünya çempionatında 22 yığma niyə iştirak etməyəcək? - İdman səbəbləri və siyasi fikir ayrılıqları - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Oxşar xəbərlər