Türkiyənin "Beşiktaş" futbol komandası ilə Darvin Nunes arasında danışıqlar ciddi mərhələyə çatmayıb.
İdman.Biz xəbər verir ki, tərəflər arasında bu mərhələdə razılaşmaya yaxın vəziyyət yoxdur.
"Beşiktaş"ın əsas transfer arzularından biri Məhəmməd Salahı heyətinə cəlb etməkdir.
Darvin Nunes isə "Əl-Hilal"dan ayrıla bilər. Uruqvaylı hücumçu yekun qərarını verməzdən əvvəl aldığı bir neçə təklifi dəyərləndirir.