top
Benteke Şamaxıdan sonra karyerasını bitirdi: Futbol təklifləri biznesi əvəz etmədi - MÜSAHİBƏ Idman.biz
10 fevral 2026, 12:53
- ↺ +

Benteke "Şamaxı"dan sonra karyerasını bitirdi: Futbol təklifləri biznesi əvəz etmədi - MÜSAHİBƏ

"Azərbaycanda uğurlu olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey gözlədiyim və ümid etdiyim kimi olmadı".

Bunu "Şamaxı"nın sabiq hücumçusu Conatan Benteke futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– İşləriniz necə gedir? Hazırda futbol sahəsində çalışırsınız, yoxsa başqa işlə məşğulsunuz?

– Hər şey qaydasındadır. Xeyr, futbol sahəsində deyiləm. "Şamaxı" ilə keçirdiyim son oyun həm də karyeramın axırıncı matçı oldu. "Şamaxı"dan ayrıldıqdan sonra futbol oynamadım və karyeramı bitirdim. Hazırda şəxsi və ailə bizneslərimizə fokuslanmışam, şirniyyat mağazası açmışıq.

– Azərbaycandakı futbol karyeranız niyə cəmi altı ay çəkdi?

– Azərbaycanda uğurlu olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, hər şey gözlədiyim və ümid etdiyim kimi olmadı. Bu, nə "Şamaxı" ilə, nə də Azərbaycanla bağlıdır. Azərbaycan çox gözəl ölkədir. Sadəcə, altı aydan sonra klub getməyimi istədi, mən də ayrıldım.

– "Şamaxı"dan ayrıldığınız dönəmdə və ya ondan sonra sizinlə maraqlanan, təklif göndərən klub olmadı?

– Müxtəlif yerlərdən təkliflər aldım, amma heç biri bizneslərimlə müqayisədə məni kifayət qədər maraqlandırmadı. Ona görə də diqqətimi biznesə yönəltməyə üstünlük verdim.

– "Şamaxı"nın cari mövsümdəki çıxışını izləyirsiniz? Sabiq komandanız Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyununda "Qarabağ"ı 2:1 hesabı ilə üstələməyi bacardı…

– Xəbərim yox idi. "Şamaxı"nı, ümumiyyətlə, futbolu izləmirəm. Yalnız qardaşım Kristian Bentekenin karyerasını diqqətdə saxlayıram.

– "Şamaxı"da bir yerdə oynadığınız futbolçulardan kimlərlə əlaqəniz, ünsiyyətiniz qalıb?

– Leroy Mikels və Brahim Konate ilə yaxşı münasibətim var. Hər ikisi yaxın dostumdur və çox yaxşı insanlardır.

– Azərbaycan çempionatında bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılar idi?

– Məncə, Azərbaycan Premyer Liqası gələcəkdə daha da inkişaf edəcək yaxşı bir liqadır. Şəxsən məndən çempionatınız haqda soruşan insanlar olub. Maraqlanan futbolçulara Azərbaycana gedib özlərini göstərmələrini tövsiyə etmişəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Bu gün, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Bu gün, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Oxşar xəbərlər