top
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu Idman.biz
Bu gün, 13:48
- ↺ +

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu

Bakıda futbol üzrə tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı start götürüb. Turnirin ilk oyunları artıq gözlənilməz nəticələr və böyükhesablı qələbələrlə yadda qalıb.

İdman.Biz xəbər verir ki, səhər proqramının əsas sensasiyası Argentina yığmasının Əlcəzairə 0:1 hesabı ilə məğlub olmasıdır. Cənubi amerikalılar təşəbbüsə sahib olsalar da, hücumlarda daha fəal təsir bağışlasalar da, üstünlüklərini qola çevirə bilməyiblər. Əlcəzairli futbolçular ikinci hissənin ortalarında vurduqları yeganə qolla komandalarına sensasiyalı qələbə qazandırıblar.

Turnirin ilk böyükhesablı qələbələrindən birinə İndoneziya yığması imza atıb. Komanda Fici seçməsinə heç bir şans verməyərək 7:1 hesabı ilə qalib gəlib. Qaliblərin heyətində Diki Marani və Məhəmməd Hariri Maulana hərəyə iki qol vurublar.

İspaniya yığmasının debütü isə çətin alınıb. Avropa təmsilçisi qarşılaşma ərzində iki dəfə Çilidən geri düşsə də, oyunun gedişini dəyişərək 4:2 hesablı qələbə qazanıb.

İlk oyun gününün digər nəticələrinə gəlincə, Hindistan Laos üzərində 4:2, Malavi isə Çin Taypeyi üzərində 3:2 hesablı qələbə qazanıb. Uels və Banqladeş yığmaları isə qapılara yol tapa bilməyərək 0:0 hesablı heç-heçə ediblər.

Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Turnirdə 189 milli komanda iştirak edir. Matçlar 8-ə 8 formatında, hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.

Azərbaycan yığması bu gün saat 19:30-da "Baku Kristal Zalı"nda Şərqi Timor komandası ilə qarşılaşacaq. Bu oyun dünya çempionatının rəsmi açılış matçı olacaq. Turnirin açılış mərasimi isə həmin arenada saat 19:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:30

Tottenham baş məşqçisi Roberto De Zerbi Harry Kane-i Ballon d'Or namizədi hesab edir

Futbol
Bu gün, 14:28

Beşiktaş futbolçu Kartal Yılmazın matçdan əvvəl Counter-Strike oynadığı iddiası

Futbol
Bu gün, 14:08

Real akademiyasında 150-dən çox qol vurduğu Enso Alveş

Futbol
Bu gün, 14:00

Şimalın Qələbəsi: Tural Cəlilov Baku Sportinqlə Mükəmməl Şərh Yapar

Futbol
Bu gün, 13:30

Arsenalın ulduz hücumçısı Bukayo Saka 6 həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 13:20

Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Oxşar xəbərlər