top
Azərbaycanda 2027-ci il Futbol üzrə U-20 Dünya Çempionatının Təşkili üçün Komitə Yaradıldı Idman.biz
15 dekabr 2025, 15:19
- ↺ +

Azərbaycanda 2027-ci il Futbol üzrə U-20 Dünya Çempionatının Təşkili üçün Komitə Yaradıldı

20 yaşadək kişi futbolçular arasında dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin edilib.

Təşkilat Komitəsində, həmçinin gənclər və idman naziri, fövqəladə hallar nazirinin müavini, maliyyə nazirinin müavini, mədəniyyət nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, daxili işlər nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, elm və təhsil nazirinin müavini, xarici işlər nazirinin müavini, səhiyyə nazirinin müavini yer alacaqlar.

Bundan başqa, Təşkilat Komitəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Turizm Agentliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təmsil olunacaqlar.

Dünya çempionatı ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması AFFA-ya həvalə edilib.

Təşkilat Komitəsinə mundialın 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, FIFA Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycanın belə mötəbər idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Oxşar xəbərlər