top
Azərbaycan və Özbəkistan DÇ-2027-yə namizəd: Tarix təkrarlanırmı? Idman.biz
10 iyul 2025, 12:11
- ↺ +

Azərbaycan və Özbəkistan DÇ-2027-yə namizəd: Tarix təkrarlanırmı?

1985-ci il avqustun sonu – sentyabrın əvvəli... SSRİ-də gənclər arasında (U-20) dünya çempionatı keçirilirdi və bir qrupun oyunları, həmçinin dörddəbir finalın bir qarşılaşması respublikamızda – Bakıda və hətta Sumqayıtda oldu. Azarkeşlər Meksika, Çin, Paraqvay, İngiltərə və Nigeriyanın gənc futbolçularının çıxışını canlı izləmək imkanı qazandılar.

İllər ötüb keçdi, sərhədlər dəyişdi, bayraqlar yeniləndi. Azərbaycan öz müstəqilliyini qazandı və dünya xəritəsində yeni kimliyi ilə yer aldı...

Və indi - 40 il sonra artıq Azərbaycan dost və qardaş Özbəkistanla birlikdə 2027-ci ildə gənclərin mundialına ev sahibliyi etmək üçün namizədliyini irəli sürür. Bu xəbəri isə ilk dəfə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun əvvəlində Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra mətbuata birgə bəyanatları zamanı açıqlamışdı: "Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm. Onlar dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik. Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq".

İki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdəki yaxınlığı indi futbolda da ortaq addımlara çevrilir. Xeyirli olsun!

Azərbaycan artıq belə böyük futbol tədbirlərinin təşkilində təcrübəli sayılır. Müstəqillik dövründə AVRO-2020-nin oyunları, UEFA Avropa Liqasının finalı, U-17 Avropa çempionatı və 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etmişik. Özbəkistan da bu mənada geridə qalmır – Asiyanın U-20 və U-23 çempionatları, futzal üzrə dünya çempionatının keçirilməsi beynəlxalq futbol qurumlarının ölkənin təşkilatçılıq bacarığına inamını göstərir.

Bəli, Azərbaycan futbolda Avropanı, Özbəkistan isə Asiyanı təmsil edir. Maraqlıdır ki, indiyədək U-20 dünya çempionatı eyni vaxtda iki ölkədə keçirilməyib. Azərbaycan və Özbəkistanın birgə namizədliyin reallaşması həm turnir üçün yeni təcrübə, həm də iki qitənin təşkilatçılıq gücünün birləşməsi, futbolun sərhədsiz və qlobal ruhunu əks etdirən simvolik bir addım olacaq...

Özbəkistan 2024-cü ildə ilk dəfə Olimpiya Oyunlarının futbol turnirində təmsil olunub. 2026-cı ilin dünya çempionatı isə əsas milli komandaları üçün yeni tarix olacaq. Futbolçularının da "Mançester Siti" (Abdukodir Xusanov) və "Roma" (Eldor Şomurodov) kimi klublara düşmələri ilə Özbəkistan futbolu adından daha çox söz etdirməyə başlayıb. U-20 dünya çempionatı da özbəklərə tanış turnirdir. Onlar gənclər mundialında beş dəfə iştirak edib, iki dəfə də yarımfinal ərəfəsində mübarizəni dayandırıblar.

Ölkəmiz ev sahibi seçilsə, Azərbaycan komandası da ilk dəfə U-20 dünya çempionatında iştirak hüququ qazanacaq. Amma FIFA üzvlərinin 20 yaşadək futbolçulardan ibarət kişi milli komandaları arasında iki ildən bir təşkil edilən və hazırda rəsmən "FIFA U-20 Dünya kuboku" adlanan turnirdə vaxtilə azərbaycanlı imzası olub. 1977-ci ildə Tunisdə keçirilən ilk yarışda Eldar Əzimzadə də hakimlik edib.
Futbolçularımız da SSRİ yığmasının heyətində gənclər mundialına qatılıblar. 1979-cu ildə "Neftçi"nin 19 yaşlı oyunçuları İqor Ponomaryov və Vladimir Mixaylevski finalda Maradonalı Argentinaya qarşı mübarizə aparıblar. O vaxt matçda hesabı Ponomaryov açmış, son nötəni isə Dieqo özü qoymuşdu (1:3). 1989-cu ilin çempionatında isə 18 yaşlı Arif Əsədov SSRİ komandasının heyətində yer alsa da, meydana çıxmaq ona nəsib olmamışdı...

Ümumi mənzərəyə nəzər salsaq, Cənubi Amerika təmsilçilərinin gənclər futbolunda bariz üstünlüyü göz qabağındadır. Argentina altı, Braziliya isə beş dəfə dünya çempionu olaraq bu sahədə liderliklərini qoruyurlar. Maraqlıdır ki, əsas yığmalar səviyyəsində dörd dəfə Dünya kubokunu qazanmış İtaliya gənclərdə hələ də bu sevinci dadmayıb, Almaniya isə yalnız 1981-ci ildə birinci ola bilib.

Əfsanəvi Dieqo Maradonadan (1979) başqa sonralar Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçki (1987), həmçinin Lionel Messi (2005), Pol Poqba (2013), Erlinq Haaland (2019) kimi futbolçular vaxtilə gənclər mundialında parlayıb, turnirin "Qızıl top" və ya "Qızıl buts" mükafatlarını qazanıblar. Norveçli forvard altı il bundan əvvəl Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri oyunda 9 qol vurması ilə də tarix yazıb! Təsadüfi deyil ki, FIFA U-20 dünya çempionatını "sabahın super ulduzlarının turniri" kimi təqdim edir.

Gənclər mundialı bu il də keçiriləcək – yarış sentyabr-oktyabr aylarında 24 komandanın iştirakı ilə bizə uzaq Çilidə olacaq. Bayrağı bizim rənglərə oxşayan Okeaniya təmsilçisi Yeni Kaledoniya da ilk dəfə bu turnirdə qüvvəsini sınayacaq.

2027-ci ildə təşkil ediləcək növbəti U-20 dünya çempionatı ev sahibinin müəyyənləşməsi ilə bağlı isə FIFA artıq bu il qərar verməlidir. Azərbaycan və Özbəkistan tandemi seçilsə, bu, "tarix təkrarlanır" ifadəsini bir daha təsdiqləmiş olacaq. Bu, həmçinin Azərbaycan futbolunun 1985-in ruhuna, o günlərin xatirəsinə qayıdışı deməkdir.

Rasim Mövsümzadə

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər