Ayxan Abbasovun baş məşqçisi olduğui 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq. Sport24.az xəbər verir ki, komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək.
Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.