Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, PFL-in Texniki İdman direktoru Elgiz Abbasov, qurumun media və marketinq direktoru Sənan Abdullayev, Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyevin qatıldığı tədbirdə ilk turun təqvimi dəqiqləşib.
12 klub mübarizə aparacağı Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
I tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
"Sumqayıt" - "Kəpəz"
"Karvan-Yevlax" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Mərasimdə, həmçinin III dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.
III dövrə
XXIII tur
"Zirə" - "Kəpəz"
"Qarabağ" - ""Araz-Naxçıvan"
"Karvan-Yevlax" - "Sumqayıt"
'Şamaxı" - "İmişli"
"Sabah" - "Qəbələ"
"Neftçi" - "Turan Tovuz"
***
09:06
Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
Yeni mövsümdə 12 klub mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
İdman.biz