UEFA-nın keçmiş prezidenti Mişel Platini Buş-du-Ron departamentindəki evi qarət olunub. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" portalı məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Mənbənin sözlərinə görə, Platininin özü oğrunu görüb. Sabiq funksioner iyirmiyə yaxın medal və kubokların oğurlandığını bildirib.
Cinayətkar hadisə yerindən qaça bilib. Oğurluq nəticəsində dəymiş ziyan hələ qiymətləndirilməyib. Oğurluq zamanı Platininin özü xəsarət almayıb. Marsel prokurorluğu artıq oğurluq işi ilə bağlı istintaqa başlayıb.