top
Ağasəlim Mircavadov Sabahın Avropa Liqasındakı çıxışını dəyərləndirib Idman.biz
Bu gün, 17:27
- +

Ağasəlim Mircavadov "Sabah"ın Avropa Liqasındakı çıxışını dəyərləndirib

"Sabah" Avropa Liqasında mübarizəni dayandırıb. "Bayquşlar" I təsnifat mərhələsində "Selye" (Sloveniya) ilə duellərdən məğlub ayrılıb (2:3, 3:3).

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov "FutbolPress"ə açıqlamasında oyunuları dəyərləndirib.

Təcrübəli mütəxəssis iki oyunun arasında böyük fərq olduğunu deyib: "Cavab matçında "Sabah" daha diri, istəkli, aqressiv görünürdü. Komandada bəzi şeylər dəyişmişdi. Mərhələ adlamaq arzularında olduqları görünürdü. Lakin oyunun əlavə vaxta getməsi və komandanın yorulması rəqibin fərqlənməsinə səbəb oldu. "Sabah"ın futbolçularını qınamaq olmaz. Onlar əllərindən gələni etdilər, çox çalışdılar, lakin alınmadı".

O, "Sabah"dakı çatışmazlıqlara toxunub: "Futbolda vacib amillərdən biri istəkdir. Düzdür, komanda istəkli idi, psixoloji baxımdan oyuna yaxşı hazırlaşdıqları görünürdü. Ancaq ilk oyundakı səhvlər, xüsusilə, müdafiədəki problemlər turun getməsinə səbəb oldu. Birinci oyunun son dəqiqəsində "Sabah"ın mərkəz müdafiəçisinin rəqibini qaçırması, hərəkətsiz qalması qolla yekunlaşdı və bəlkə də bu, turun əldən çıxmasına səbəb an idi. Müdafiədə problemlər aşkardır. Dünənki oyunda da komandanın sağ cinahı yaxşı görünmürdü və "Çelye" əsas hücumlarını burdan edirdi. Onların bərabərlik qolunda da müdafiəçimiz rəqib oyunçunu qaçırmışdı. Müdafiədən əlavə, komandanın yarımmüdafiə xəttində də yaradıcılıq çatmırdı. Komandanın cinahları hücumda aktiv olsa da, mərkəzdən oyun qurmaqda çatışmazlıqlar görünürdü. "Sabah"ın bu məsələni həll etməsi lazımdır. Həm yeni transferlərə ehtiyac var, həm də komanda oyun baxımından inkişaf etməlidir".

Mircavadov komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın işindən danışdı və "Sabah"ın Premyer Liqadakı çıxışından gözləntilərini bölüşüb: "Baş məşqçi yeni gəlib. 10 günə ondan nəsə iş tələb etmək, qiymət vermək olmaz. Amma onu deyə bilərəm ki, iki oyun arasında kifayət qədər böyük fərq oldu. Səhvlərin üzərində işlənilmiş, bəzi dəyişikliklər edilmişdi. Amma yenə deyirəm, nəsə danışmaq hələ tezdir. Komandanın çempionatdakı hədəflərinə gəlincə… Bilirsiz necədir, 15 il əvvəl liqada 5-6 komandanın çempionluğa oynayacağını demək olurdu. İndi isə elə deyil. Bircə "Qarabağ" var. Başqa kiminsə çempionluğa iddia edəcəyini demək olmur. Lakin namizədlərin sayı çox olsa, "Qarabağ" üçün də faydalı olar, oyunlara daha ciddi yanaşar, rəqabət və səviyyə artar. "Sabah"ın çempionluq üçün mübarizə aparacağını indidən deyə bilmərəm".

Sabiq məşqçi "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Petrokub" (Moldova) haqda danışıb: "Komanda Avropa Liqasına vida etsə də, yoluna davam edir. Budəfəki rəqib "Çelye"dən səviyyəcə aşağıdır və "Sabah" mərhələni adlamalıdır. Vaxta bir həftə qalıb və inanıram ki, yaxşı hazırlaşıb, turu keçəcəklər".

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 20:05

Budapeştdəki reytinq turnirində Azərbaycan güləşçilərindən Djioyev qızıl, Xaniyev gümüş, Abakarov bürünc qazanıb

Futbol
Bu gün, 19:58

Valentin Karboni "Cenoa"ya icarəyə verildi

Güləş
Bu gün, 19:52

Budapeşt: Djioyev qızıl, Xaniyev gümüş, Abakarov bürünc medal uğrunda güləşəcək

Boks
Bu gün, 19:50

Usik Dubuadan Çəki Mərasimində 7,6 kq Yüngül Gəldi

Güləş
Bu gün, 19:32

Budapeşt reytinq turniri: Xaniyev gümüş medal qazandı, Djioyev qızıl, Abakarov bürünc medal şansı qazandı

Gimnastika
Bu gün, 19:29

Akrobatika Gimnastikası üzrə Azərbaycan Dueti "Dünya Kuboku Seriyasının Qalibi" Oldu

Gimnastika
Bu gün, 19:08

Azərbaycan və Çexiya Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO

Futbol
Bu gün, 18:58

Luis Diasın "Bavariya"dakı maaşı və transfer qiyməti məlum oldu

Futbol
Bu gün, 18:55

Avropa Çempionatında Alişa Lemanna Şəxsi Mühafizəçi Verildi

Futbol
Bu gün, 18:37

Vəli Qasımov "Şamaxı" FK-nın İdarə Heyətinin Yeni Üzvü Seçilib

Futbol
Bu gün, 18:37

Mişel Platininin evi qarət edildi: Təxminən 20 medal və kubok itkin düşdü

Futbol
Bu gün, 18:29

"Mançester Yunayted" Brian Mbemonu transfer etmək üçün "Brentford" ilə razılığa gəldi

Gimnastika
Bu gün, 18:29

Akrobatika gimnastlarımız dünya kuboku seriyasının qalibi oldular

Güləş
Bu gün, 18:26

Güləş üzrə reytinq turniri: Finalda iki güləşçimiz, bir bürünc şansı - YENİLƏNİR

Futbol
Bu gün, 18:24

"Milan" "Fiorentina"dan Pyetro Terraççanonu transfer edib

Olimpiada
Bu gün, 18:00

Dünya Taekvondo prezidenti Universiadada taekvondo yarışlarını izləyəcək

Futbol
Bu gün, 18:00

Cud Bellinqhemin çiyin əməliyyatı uğurla başa çatıb

Futbol
Bu gün, 17:44

Ramiz Məmmədov "Şamaxı"dan ayrıldı, Vəli Qasımov onun yerinə təyin edildi - FOTO

Futbol
Bu gün, 17:44

Rahid Əmirquliyev: Sumanın və Utziqin yoxluğu "Zirə" üçün yaxşı hal deyil, amma əvəzedilməz futbolçu yoxdur

Futbol
Bu gün, 17:42

Ramiz Məmmədov "Şamaxı"dan ayrıldı, "Mingəçevir"ə baş məşqçi təyin olundu

Futbol
Bu gün, 17:30

Mişel Platininin evi qarət edildi, medalları və kubokları oğurlandı

Boks
Bu gün, 17:15

Baş məşqçi İlkin Ağayev: Əminə Tağı erməni rəqibini məğlub etmək üçün xüsusi köklənmişdi

Gimnastika
Bu gün, 17:10

Universiada: İlona Zeynalovanın çoxnövçülükdəki çıxışı və nəticələri

Oxşar xəbərlər